BANK

“PAŞA Yatırım Bankası” dövriyyəyə buraxdığı istiqrazlara görə ödəniş edib
16 OKTYABR 2017
318

“PAŞA Yatırım Bankası” dövriyyəyə buraxdığı istiqrazlara görə ödəniş edib

2017-10-16 16:28:00

“PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi “PAŞA Yatırım Bankası” 94 günlük müddətə dövriyyəyə buraxdığı qısamüddətli istiqrazlara görə ödəniş edib. 

Fins.az xəbər verir ki, söhbət bu il iyulun 14-də investorlara satılmış, hər birinin nominal dəyəri 100 lirə olan 380 min istiqrazdan (38 mln. lirəlik) gedir.

Qiymətli kağızların illik gəlirliliyi 13,95% olduğu üçün onlar 96,532 lirədən realizə edilib və bu gün 100 lirədən geri alınıb.

Xatırladaq ki, "PAŞA Yatırım Bankası" iki il öncə "PAŞA Bank"ın Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279