BANK

Bu il Azərbaycandan Gürcüstana 11,3 mln. dollar köçürülüb
16 OKTYABR 2017
289

Bu il Azərbaycandan Gürcüstana 11,3 mln. dollar köçürülüb

2017-10-16 16:13:00

Ötən ay Azərbaycandan Gürcüstana 1,1 mln. dollardan çox pul köçürülüb.

Bu məbləğ ötən ilin eyni göstəricisindən 4,1% çoxdur. Cari ilin 9 ayı ərzində isə Azərbaycandan Gürcüstana ümumilikdə 11,284 mln. dollar köçürülüb.

Sentyabr ayında xarici ölkələrdən Gürcüstana pul köçürmələrinin ümumi həcmi 124,4 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən 24,2% çoxdur.

Gürcüstana pul köçürmələrinin həcminə görə Rusiya birinci yerdə qalır. Ötən ay bu ölkədən Gürcüstana pul köçürmələrinin həcmi 40,7 mln. dollar təşkil edib.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301