BANK

"Kapital Bank"ın mənfəəti 58 mln. manata yaxınlaşır
16 OKTYABR
304

"Kapital Bank"ın mənfəəti 58 mln. manata yaxınlaşır

2017-10-16 15:27:00

“Kapital Bank” ASC-nin cəmi aktivləri bu il oktyabrın 1-nə 3 025,136 mln. manat təşkil edib.

Fins.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,8% çoxdur.

“Kapital Bank”ın aktivlərinin 40,3%-ni və yaxud 1 220,072 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1ildə bankın kredit portfeli 1,2% böyüyüb.

Sentyabrın sonuna "Kapital Bank"ın cəmi öhdəlikləri isə 2 737,465 mln. manat olub və bu, illik müqayisədə 7,9% çoxdur. Bankın öhdəliklərinin 81,7%-ni və yaxud 2 237,528 mln. manatını onun depozit portfeli təşkil edib. Son 1 ildə maliyyə qurumunun depozit portfeli 33,5% böyüyüb.

Bank bu ilin III rübündə Azərbaycan Mərkəzi Bankından 1,17 mln. manat borc alıb.

Hesabat tarixinə “Kapital Bank”ın cəmi kapitalı isə 287,671 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 6,8% çoxdur.

9 ay ərzində “Kapital Bank”ın faiz gəlirləri 194,704 mln. manat (1 il əvvələ nisbətən 29,15% çox), faiz xərcləri 62,874 mln. manat (1,4% çox), qeyri-faiz gəlirləri 96,343 mln. manat (9,9 çox), qeyri-faiz xərcləri isə 107,055 mln. manat (31,5% çox) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat mənfəəti 121,118 mln. manat olub ki, bu da illik müqayisədə 27,3% çoxdur.

Bu il “Kapital Bank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına ötən illə müqayisədə 12,4% çox – 47,648 mln. manat ayırıb, 15,834 mln. manat mənfəət vergisi (40,85% çox) ödəyib. Bununla da, Bank bu ilin yanvar-sentyabr aylarını 57,636 mln. manat xalis mənfəətlə başa vurub. Bu, illik müqayisədə 38,85% çoxdur.

Xatırladaq ki, "Kapital Bank" 2004-cü ildə, Birləşmiş Universal Səhmdar Bankının ("BUS Bank") bazasında yaradılıb. "PAŞA Holdinq" MMC-yə daxil olan Bankın nizamnamə kapitalı 185,85 mln. manatdır. Bu məbləğ hər birinin nominal qiyməti 12,39 manat olan 15 mln. səhm əsasında formalaşıb. Səhmlərin 99,87%-i adı çəkilən holdinqə, 0,13%-i isə təxminən 184 fiziki şəxsə məxsusdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285