BANK

Hərracdan əvvəl “qara bazar”da dollar düşdü
12 OKTYABR
435

Hərracdan əvvəl “qara bazar”da dollar düşdü

2017-10-12 10:33:00

Oktyabr ayının 12-da, növbəti valyuta hərracı ərəfəsində “qara bazar”da dollar son bir neçə gündə ilk dəfə ucuzlaşıb. Fins.az-ın səhər saatlarında fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumata görə dolların alışı 1.7000 manatdan yenidən 1.6950 manata, satışı isə 1.7020-1.7030 manatdan 1.7000 manata düşüb. Başqa sözlə, manat dollar qarşısında 0,2-0,3% bahalaşıb.

Dollardan fərqli olaraq “qara bazar”da avronun alış məzənnəsi aşağı düşüb. Avronun alışı 1.98 manatdan 1.97 manata enib, satışı isə 2.00 manat olaraq qalıb.

Rus rublun isə alışı 2.88 qəpik, satışı isə 2.93 qəpiyə bərabərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296