BANK

Asiya İnkişaf Bankı ilə Azərbaycanda iqtisadi islahatlar müzakirə olunub
06 OKTYABR
202

Asiya İnkişaf Bankı ilə Azərbaycanda iqtisadi islahatlar müzakirə olunub

2017-10-06 18:53:00

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Asiya İnkişaf Bankının (ADB) nümayəndə heyətini qəbul edib. Fins.az xəbər verir ki, Bankın İqtisadi Tədqiqatlar direktoru Edmon Gintinq, iqtisadçı Eymi Hampel-Milagrosa və menecer Əziz Heydərovun daxil olduğu nümayəndə heyətinə ölkədə aparılan iqtisadi islahatlar və Strateji Yol Xəritələrinin monitorinq və qiymətləndirmə nəticələri barədə məlumat verilib.

Görüşdə ADB-nin Azərbaycanda Ölkə üzrə Diaqnostik Tədqiqat sənədinin hazırlanması məsələsinə toxunulub. Müzakirələr zamanı insan kapitalı, məhsuldarlıq, ticarətin inkişafı üzrə islahatlar, ölkənin ortamüddətli inkişaf strategiyası ilə yanaşı, ADB-nin Azərbaycan üzrə 2019-2023-cü illər üzrə hazırlanacaq Ölkə Tərəfdaşlıq Strategiyasının prioritet istiqamətlərinə də toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297