BANK

Bank məni məhkəməyə veribsə nə etməliyəm?- EKSPERT RƏYİ – Tofiq Hacıyev
05 OKTYABR
784

Bank məni məhkəməyə veribsə nə etməliyəm?- EKSPERT RƏYİ – Tofiq Hacıyev

2017-10-05 15:10:00

Son açıqlamalardan bəlli olur ki, ölkəmizdə 2 milyard  manata yaxın həcmində problemli kreditlər var. Kredit götürənlərin öhdəlikləri yerinə yetirmədiyindən bəzi hallarda banklar vətəndaşları məhkəməyə verir.  Bank vətəndaşı istehlak kreditinin gecikdirilmiş ödənişinə görə məhkəməyə veribsə kredit götürən şəxs nə etməlidir?. Fins.az-ın bu sualına cavabı “UNİLEGAL Consulting”  şirkətinin təsisçisi və direktoru hüquqşunas Tofiq Hacıyev cavablandırıb.

İlk olaraq onu qeyd edim ki, kredit götürülməsi ücün  banka müraciət edən şəxslər bank ilə aralarında imzalanacaq kredit müqaviləsinin şərtlərini diqqətlə oxumalıdılar. Götürdükləri kreditin faiz dərəcəsini, müddətini və ən əsası isə hansı valyuta ilə kredit götürdüklərini bilməlidirlər.

 Adatən məhkəmə proseslərində  rastlaşırıq ki, vətandaş israrla kreditin manatla aldığını bildirir lakin sənədləri araşdıran zaman isə məlum olur ki,  kredit müqaviləsi xarici valyuta ilə bağlanıb, ödəniş isə həmin günün məzənnəsinə müvafiq olaraq manatla ödənilib. Bütün bu halların hamısı vətandaşların ona bank tərəfindən təqdim olunan sənədlərin oxunmaması nəticəsində baş verir. Bundan əlavə kredit  müqaviləsi üzrə öhdəliyin pozulması nəticəsində yaranacaq məsuliyyəti bankın və müştərinin hüquq və vəzifələrini vətandaş kredit müqaviləsini imzalamaqdan əvvəl oxumalıdır. Çünki vətandaş tərəfində  bir neçə dəfə ard-ardaya kredit müqaviləsinin şərtlərinin pozulması banka hüquq verir ki, vətandaşa verdiyi krediti məhkəməyə müraciət etməklə bir dəfəyə tələb etsin. Bu zaman  bank,  vətandaş tərəfindən kredit müqaviləsinin şərtlərini pozduğuna görə əsas və faiz məbləği ilə yanaşı cərimə də tələb etsin.

Sizin sualınıza cavab olaraq  bildirim ki, əgər iş məhkəməyə müraciət etmə dərəcəsinə çatıbsa vətandaş bir mənalı olaraq məhkəmə iclaslarında iştirak etsin ondan tələb olunan məbləğ ilə tanış olsun çünki bank vətandaşdan kredit məbləğini bir dəfəyə tələb etmək hüququnu istifadə edirsə borclunun da məhkəmə iclaslarında iştirak edib qanunla ona verilmiş hüquqlardan istifadə etmək hüququ var. Məsələn  əgər borclu ondan tələb olunan əsas faiz və ya cərimə borcu ilə razı deyilsə hakim qarşısında vəsadət qaldıraraq mühasibatlıq ekspertizası kecirilməsini, tələbin cərimə hissəsini təmin olunmamasını xahiş edə bilər. Bundan əlavə olaraq əksər vaxtlarda şahid oluruq ki, banklar  kredit müqaviləsinin müddəti başa çatmasına baxmayaraq  iddia ərizəsi ilə müraciət etdikləri  günədək vətandaşdan faiz tələb edirlər. Lakin qanunvericiliyə əsasən banklar  faiz məbləğini yalnız kredit müqaviləsinin müddəti ərzində tələb edə bilərlər. Kredit müqaviləsinin müddəti bitdikdən sonra isə Mərkəzi bankın 5 faiz uçot dərəcəsinə müvafiq olaraq əldən çıxmış fayda kimi tələb olunmalıdır. Sözsüz ki, buda məhkəmədə sübut olunmalıdır.

Məhkəmə qərar verə bilərki kredit götürən pulu geri qaytarmasın?

- Əlbətdəki ola bilər, məhkəmənin qərarından asılıdır. İşin iddia müddətini buraxıla bilər. Borcludan kredit məbləğinin tələb olunması üçün yetərli sübutlar olmaya bilər və s. Bir şeyi diqqətinizə çatdırım ki, konstitusiya məhkəməsinin şərhinə əsasən kredit müqaviləsi üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Yəni banklar kredit müqaviləsi bitdikdən sonra 3 il ərzində hüququ var ki, borclu haqqında məhkəməyə müraciət etsin.

Ola bilər ki, tərəflər məhkəməyə cağrılmadan hakim işə baxıb qərar versin?

- Bəli ola bilər iddia icratında hakim tərəfləri qanuna müvafiq qaydada bir neçə dəfə məhkəmənin yeri və vaxtı barədə xəbərdarlıq  edibsə cavabdeh tərəf yəni borclu məhkəməyə gəlməsə belə hakim qərar qəbul etmək səlahiyyəti var. Lakin bundan əlavə hakim tələbkarın ərizəsi əsasında işə əmr icraatında baxıb qərar qəbul edə bilər. Əmr icraatı elə bir  bir formadır ki,  belə desək sənədlər üzrə tərəfin borcu təsdiq olunursa və ona hər hansı bir etiraz yoxdursa hakim tərəfləri çağırmadan bankın ərizəsi əsasında 3 gün ərzində qərar qəbul edir. Vətəndaş çox vaxt deyir ki, ancaq məhkəmə icraçısı mənə zəng elədi bu zaman mənim xəbərim oldu bundan həmin vaxt vətəndaşın gedib həmin ərizəyə etiraz vermə hüququq var. Əgər borclu əmrdə göstərilən məbləğdən narazıdırsa borclunun hüququ varki qəbul olnmuş əmrə etiraz verib işi iddia icraatına keçirtsin daha sonra isə yuxarda qeyd etdiyimiz  hüquqlardan yararlana bilər.

Vətəndaş pulu ödəyə bilməyəndə məbləği uzunmüddətə bölürlər bu məsələ necə olur?

- Qanunvericilikdə bu müddət 6 aydan çox müddətə nəzərdə tutlmayıb.

Kredit borcuna görə məhkəmə şəxsi həbs edə bilər?

- Əgər qərəzli surətdə şəxs məhkəmə qərarı çıxandan sonra borcu ödəməkdən boyun qaçırırsa əvvəlcə inzibati məsuliyyətə daha sonra cinayət məsuliyyətinə cəlb olunur.

Müəllif:Xeybər Heydərov

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296