BANK

Bağlanmış bankların əmanətçilərinə 747,881 mln. manat ödənilib
08 SENTYABR
283

Bağlanmış bankların əmanətçilərinə 747,881 mln. manat ödənilib

2017-09-08 16:08:00

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADİF) ləğvedicisi olduğu 11 bankın qorunan əmanətçilərinə ödənilmiş kompensasiyaların yekun məbləğini açıqlayıb.

Fins.az-ın məlumatına görə, ləğv prosesində olan “Bank Standard” QSC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 596,499 mln. manat olmaqla onlardan 554,593 mln. manatı qorunan əmanətlər, o cümlədən 441,154 mln. manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 437,689 mln. manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 99,2%-i) və 3,465 mln. manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “United Kredit Bank” ASC-də fiziki şəxslərin ümumi əmanətlərinin məbləği 3,55 mln. maanat olmaqla onlardan 3,23 mln. manatı qorunan əmanətlər, o cümlədən 2,099 mln. manatı kompensasiya olunan əmanətlərdir. Qorunan əmanətçilərə ümumilikdə 1,837 mln. manatdan artıq kompensasiya ödənilib (ümumi kompensasiya öhdəliyinin 87,5%-i) və 262 485 manat ödənilməmiş kompensasiya öhdəliyi qalıb.

Ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 27 yanvar 2017-ci il tarixində başa çatıb və bu tarixə qədər qorunan əmanətçilərə 24,191 mln. (ümumi kompensasiya öhdəliyinin 97%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 4 fevral 2017-ci il tarixində başa çatıb və bu tarixə qədər qorunan əmanətçilərə 976 441 manat (ümumi kompensasiya öhdəliyinin 94%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Texnikabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 12 fevral 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 120,408 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Parabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 43,222 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,5%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Zaminbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 72,196 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,3%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Kredobank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 27,914 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 99,6%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Dekabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 1 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 3,088 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,8%-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Atrabank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərə 14,352 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 98,2 %-i) kompensasiya ödənilib.

Ləğv prosesində olan “Qafqaz İnkişaf Bankı” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsi üçün 1 illik müraciət müddəti 22 avqust 2017-ci il tarixində başa çatıb. Ümumilikdə qorunan əmanətçilərinə 2,004 mln. manatdan artıq (ümumi kompensasiya öhdəliyinin 95,9%-i) kompensasiya ödənilib.

Ümumilikdə Fond 11 bank üzrə 747,881 mln. manatdan artıq kompensasiya ödəyib.

“Əmanətlərin sığortalanması haqqında” qanunun 28,4-cü maddəsinə əsasən əmanətçinin müraciətini qeyri-mümkün etmiş halların mövcud olduğunu təsdiq edən sənədlər təqdim edildikdə bu qanunun 28,3-cü maddəsində göstərilən müddət (kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ) əmanətçinin ərizəsinə əsasən uzadıla bilər. Lakin bundan asılı olmayaraq bütün hallarda əmanətçinin kompensasiya almaq hüququ Fondun kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq beş il müddətində saxlanılır.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285