BANK

Türkiyədə dollar sürətlə ucuzlaşır
28 AVQUST
761

Türkiyədə dollar sürətlə ucuzlaşır

2017-08-28 12:36:00

Türkiyədə dolların məzənnəsi 3,45 lirə səviyyəsindən aşağı düşüb. Buna səbəb dolların qobal valyuta bazarında ucuzlaşması amili səbəb olub. 

Qeyd edək ki, dolların məzənnəsi cümə günü, avqustun 25-də ABŞ-ın Cekson Hol kurort şəhərciyində keçirilən mərkəzi bank rəhbərlərinin sammitində Federal Ehtiyat Sisteminin (FED) başçısı Canet Yellenin açıqlamalarından sonra ucuzlaşmağa başlayıb. Belə ki, sammitdəki çıxışında C.Yellen FED-in monetar siyasəti və ABŞ iqtisadiyyatı barədə heç bir fikir səsləndirməyib. Bu da investorlarda FED-in balansını azaltmağa başlayacağı tarix və uçot dərəcəsinin artırılması perspektivləri barədə qeyri-müəyyənlik yaradıb.

Xatırladaq ki, hazırda TRY/USD məzənnəsi 3,4480 səviyyəsində yer alır. "Report"un analitik qrupu məzənnənin aşağı enməsi durumunun müvəqqəti olduğunu, ilin sonuna qədər dolların yenidən bahalaşacağını proqnozlaşdırır. Belə ki, dolların ucuzlaşması Türkiyənin ixracının azalmasına səbəb olur. Nəticədə, Türkiyənin onsuz da yüksək olan xarici ticarət kəsiri daha da artır və tədiyyə balansına ciddi mənfi təsir göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296