BANK

Azərbaycan manatının real effektiv məzənnəsi məlum oldu
09 AVQUST
1619

Azərbaycan manatının real effektiv məzənnəsi məlum oldu

2017-08-09 11:44:00

 Azərbaycan manatının real effektiv məzənnəsi 2017-ci il iyul ayının 1-nə 93,1 bənd təşkil edib. 

Fins.az xəbər verir ki, bu, iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 1,5 faiz bəndi azdır. Keçən ilin analoji dövrünə olan göstəriciyə nisbətən isə real effektiv məzənnə 1,4 faiz bəndi artıb.

Real effektiv məzənnənin əsasən sabit qalmasına səbəb Azərbaycanın əsas ticarət tərəfdaşı olan ölkələrin milli valyutaları - Türkiyə lirəsi, Rusiya rublu və Çin yuanının dollarla müqayisədə ciddi dəyişiklik göstərməməsidir. Bu tendensiyanın 2017-ci ilin sonunadək davam etməsi gözlənilir. Xatırladaq ki, manatın real effektiv məzənnəsi 2000-ci ildən hesablanır, minimum səviyyəsi 2004-cü ildə 74,2, maksimum səviyyəsi 2015-ci il fevralın 1-nə 153,1 bənd təşkil edib. Maliyyə böhranı başlayandan isə minimum hədd 2016-cı il sentyabrın 1-də 87 bənd olub.

Qeyd edək ki, real effektiv məzənnə - manatın ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri və həmin ölkələrdə inflyasiya nəzərə alınmaqla həndəsi ortalamasını əks etdirir. Yəni, milli valyutanın bir neçə valyutaya nəzərən ortaçəkili dəyişmə indeksidir.

Analitiklər hesab edir ki, manatın real effektiv məzənnəsi üçün 85-90 bənd diapazonu qənaətbəxş səviyyə sayılır.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297