BANK

Kart balansını terminallardan artırmaq mümkün olan BANKLAR
03 AVQUST
1012

Kart balansını terminallardan artırmaq mümkün olan BANKLAR

2017-08-03 12:57:00

Debet kartlarımızın balansını artırmaq, yəni onlara müəyyən məbləği mədaxil etmək üçün bir digər vasitələrdən biri də ödəniş terminallarıdır. Buna hətta daha rahat bir yol da deyə bilərik. Çünki debet kart sahibləri kartlarına mədaxil əməliyyatını həyata keçirmək üçün bir də banka yollanmalı olmurlar və ən yaxın ödəniş terminalı onların köməyinə çatır. Belə ki, biz ödəniş terminallarına nağd pul daxil etməklə, yəni cash in əməliyyatını reallaşdırmaqla debet kartımızın balansını artıra bilərik. Lakin, bütün bankların debet kartlarının balansını ödəniş terminalları vasitəsi ilə artırmaq mümkün deyil. 

Bəs hansı banklara məxsus debet kartlarının balansını ödəniş terminalı vasitəsi ilə artıra bilərik?

Bu sualın cavabını hər bir ödəniş terminalı üzrə araşdırdıq. Hansı ödəniş terminalı vasitəsilə hansı bankın debet kartlarına cash in əməliyyatı həyata keçirilə biləcəyi ilə tanış ola bilərsiniz:

MilliÖN ödəniş terminalı vasitəsi ilə bu bankların debet kartlarına məbləğ daxil etmək olar:

MilliÖN

AFB Bank

AGBank

Azər Türk Bank

Bank Avrasiya

Bank of Baku

Bank Respublika

Bank Silk Way

Dəmir Bank

Paşa Bank

Nikoil Bank

eManat vasitəsi ilə balansı artırıla biləcək bankların debet kartları:

eManat

Bank Respublika

Rabitəbank

Nikoil Bank

Unibank

ExpressPay terminalı vasitəsi ilə cədvədə qeyd etdiyimiz bankların debet kartlarına mədaxil əməliyyatını həyata keçirmək olar:

ExpressPay

Expressbank

Kapital Bank

Nikoil Bank

 

EasyPay

Kapital Bank

Əldə etdiyimiz məlumata əsasən, tezliklə EasyPay vasitəsilə Bank BTB, Bank VTB Azərbaycan və Dəmirbank-ın debet kartlarına mədaxil əməliyyatı həyata keçirmək mümkün olacaq.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0081
  • ₽ RUB
    0.0288