BANK

Banklara verilən ipoteka kreditlərinin məbləği 59 dəfə artdı
14 İYUL
491

Banklara verilən ipoteka kreditlərinin məbləği 59 dəfə artdı

2017-07-14 12:21:00

“Azərbaycan İpoteka Fondu” (AİF) ASC-nin agent bankları tərəfindən 2017-ci ilin yanvar-may aylarında 64,9 mln. manat məbləğində ipoteka krediti verilib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 59 dəfə çoxdur.
May ayında AİF-in agent bankları tərəfindən 11,3 mln. manat məbləğində kredit verilib.
AMB-nin məlumatına görə, yanvar-may aylarında fond 16,8 mln. manat məbləğində krediti (azalma 34,9%) təkar maliyyələşdirib.
Bu dövrdə AİF 100 mln. manat məbləğində istiqraz yerləşdirib (2016-cı ilin yanvar-may aylarında istiqraz yerləşdirilməyib - İF).
Hesabat aylarında fond sosial ipotekanın verilməsi üçün dövlət büdcəsindən 20,4 mln. manat, may ayında 3,9 mln. manat vəsait alıb.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb. Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. İlkin ödəniş 15% təşkil edir.

© İnterfaks

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289