BANK

"Bank VTB" Azərbaycan-da səhmdarların strukturu dəyişə bilər
13 İYUL
414

"Bank VTB" Azərbaycan-da səhmdarların strukturu dəyişə bilər

2017-07-13 16:02:00

"Bank VTB" SC Azərbaycanda fəaliyyət göstərən törəmə bankının ("Bank VTB (Azərbaycan)" ASC) səhmdarlarının strukturunda dəyişikliyin baş verməsini istisna etmir.

Fins.az "Interax" agentliyinə istinadən xəbər verir ki, bunu "Bank VTB"-nin İdarə Heyətinin sədri, prezidenti Andrey Kostin bildirib.

"Səhmdarların strukturunda dəyişikliyin baş verməsi istisna deyil. Hələlik biz səhm paketimizi dəyərləndiririk. Bizim müxtəlif variantlarımız var. Lakin hələlik bu barədə danışmaq tezdir", - deyə o bildirib. 

Xatırladaq ki, bir müddət öncə "Bank VTB" Azərbaycandakı törəməsindəki səhm paketinin bazar və investisiya dəyərinin qiymətləndirilməsi üçün sifariş verib. Qiymətləndirmə obyekti 124,497 mln. ədəd (səhmlərin 49%-i) səhmdir. 

Qiymətləndirmə "Rossiyskaya otsenka" QSC tərəfindən aparılacaq. İşlər 1 ay müddətində aparılacaq. "Bank VTB" bunun üçün 4,65 mln. rubl ödəyəcək.

Bankdan bildirilib ki, qiymətləndirmə idarəetmə sahəsində qərarların qəbul olunması üçün lazımdır. 

"Bank VTB (Azərbaycan)" 2009-cu ilin noyabr ayından etibarən fəaliyyətə başlayıb. Bankın səhmlərinin 51%-i "Bank VTB"-yə, 48,99%-i "AtaHoldinq" MMC-yə və 0,01%-i fiziki şəxsə məxsusdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285