BANK

Bank VTB (Azərbaycan) dollar kreditlərini manata çevirəcək - RESTRUKTURİZASİYA
11 İYUL
423

Bank VTB (Azərbaycan) dollar kreditlərini manata çevirəcək - RESTRUKTURİZASİYA

2017-07-11 14:31:00

Bank VTB (Azərbaycan) kreditini ödəməkdə çətinliklə üzləşən müştərilərinə borc yükünü azaltmaq və onları dəstəkləmək məqsədilə kreditlərin restrukturizasiyası üzrə yeni proqramını təqdim edir. Proqram manat, rubl və dollarda olan bütün növ pərakəndə kreditlər üçün bir sıra güzəştli şərtlər nəzərdə tutur.

Restrukturizasiya “Nağd kredit”, “Kredit kartları”, “Girovlu istehlak krediti” və “Avtokredit” kimi məhsullar üzrə mümkündür. Məhsuldan asılı olaraq kreditin faiz dərəcəsi azaldılaraq cəmi 8% təşkil edəcək. Kreditin müddəti isə 48 və 60 ayadək uzadıla bilər.

Yeni proqram kreditin restrukturizasiyası üçün ilk dəfə müraciət edənlərə, eləcə də bundan əvvəl borcu restrukturizasiya olanlara aiddir. Təkrar restrukturizasiya zamanı proqramdan borc üzrə gecikməsi 90 günədək olan müştərilər istifadə edə bilər. Qaydalara əsasən, ilk dəfə restrukturizasiya üçün müraciət edənlər üçün borcun müddəti 360 günü keçməməlidir.  

Müştərilərini dəstəkləmək məqsədi ilə bank VTB (Azərbaycan) yeni proqram çərçivəsində həmçinin əhəmiyyətli endirimlər təklif edir. Bank restrukturizasiya etdikdən sonra kredit üzrə borcunu gecikmədən ödəməyə hazır olan müştəriləri üçün borcun üzərinə yığılmış faiz borcunun 50%-ni bağışlamaq niyyətindədir.

Bundan başqa, yeni restrukturizasiya proqramına görə əsas borcunun 10%-dən az olmayan hissəsini ödəyən və ödəniş qabiliyyətini təsdiqləyən müştərilər dollarda olan kreditlərini manata çevirə biləcək. Bu zaman yeni kredit xətti üzrə faiz dərəcəsi illik 20% təşkil edir.

Restrukturizasiya proqramı haqqında daha ətraflı məlumat üçün müştərilər bankın filiallarına müraciət edə və ya 986 qısa nömrə vasitəsi ilə (Azercell abunəçiləri üçün 012 986) əlaqə saxlaya bilər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287