BANK

MDB ölkələrinin bank sektoru necə tənzimlənir? – REYTİNQLƏR
07 İYUL
473

MDB ölkələrinin bank sektoru necə tənzimlənir? – REYTİNQLƏR

2017-07-07 14:09:00
MDB ölkələrinin maliyyə sistemi son bir neçə ildə ciddi problemlərlə üz-üzədir. Artıq "zombi-banklar"dan və problemli maliyyə institutlarından “təmizlənmə” işləri başlayıb. Bəzi mərkəzi banklar bütün sistemin qurtuluşu üçün nəhəng oyunçuları milliyələşdirmək məcburiyyətində qaldı. Fins.az MDB ölkələrinin bank sektorlarını və eləcə də nəzarət və islahatların başında duran mərkəzi bankların rəhbərlərinin fəaliyyətini  qiymətləndirməyə  çalışıb.

Rusiya

Bu ölkənin bank sistemi MDB ölkələri arasında aktivlərinə görə ən böyüyüdür. Son illər oyunçuların sayı 1000-dən 600-dək azalıb. Qlobal təmizləməni “Bank Rossii”-nin hazırkı rəhbəri Elvira Nabibulina həyata keçirib. Xatırladaq ki, Nabibulina Mərkəzi Bankın “taxtına” 2013-cü ilin iyun ayında oturub. Bu il onun sələhiyyətləri uzadılıb. E.Nabibulinanın namizədliyini Vladimir Putin şəxsən dəstəkləyib. Buna görə bazarın oyunçuları və ekspertlər Rusiyanın Mərkəzi Bankında ciddi yerdəyişmə gözləmirdi.  Nabibulina bəyan etdi ki, 2014-2015-ci illər bank sistemi üçün ağır olub, kredit təşkilatlarının gəliri 5 dəfə azalıb, problemli aktivlər artıb. Ötən ilin sentyabrında o Mərkəzi Bankda üç pilləli bank sisteminin yaradılması və qəbul edilən risklərə proporsional olan tənzimləmədə və nəzarətdə yeni yanaşma tətbiq edəcəyini söylədi:
“Əslində, prinsip bank nə qədər balaca olsa,nəzarət daha rahat olacaq deyil. Risklər nə qədər az olarsa nəzarət bir o qədər asan olardı”.
Hər halda, Mərkəzi Bankın rəhbəri hesabına görə, 2016-ci ilin nəticələri onu göstərir ki, bank sektoru qeyd edilən ildə göstəricilərin əksəriyyətinə görə 2014-cü ilin səviyyəsinə çatlıb və hətta onu ötüb.

Azərbaycan

Ölkə neft asılığından əziyyət çəkən dövlətlərdəndir. Bu da bank sektorunda özünü göstərməyə bilməzdi. “Moddy`s” agentliyinin fikrincə, Azərbaycan hazırda yüksək dollarlaşmadan əziyyət çəkir. Bundan başqa, ən iri bankın - Azərbaycan Beynəlxalq Bankının problemlərini də unutmamalıyıq. Bank likvidliyin defisiti və ölkədə ciddi valyuta böhranına görə dağılmaq astanasında idi. “Moody`s”-ın analitikləri hesab edir ki, Azərbaycan 2015-2016-cı illərdə bank sektorunun dəstəyinə  ÜDM-in 18%-nı yönləndirməsinə baxmayaraq, bankların problemlərini düzgün dəyərləndirə bilməyib. “Fitch Ratings”-ın analitikləri isə hesab edir ki, bank sektoruna 2017-ci ildə də dövlət yardımı lazım olacaq. Bu gün Azərbaycanda 31 bank fəaliyyət göstərir.
Xatırladaq ki, 2016-cı ildə ölkə rəhbərliyi  banklara nəzarəti Maliyyə Bazarlarına Nəzarət Paslatasına tapşırılıb.

Qazaxıstan

Qazaxıstanın bank sektoru Azərbaycandakı kimi neftin qiymətinin aşağı düşməsi və tengənin devalvasiyası təsirindən yaxasını qurtara bilmədi. 2015-ci ildən tənzimləyicinin rəhbəri vəzifəsinə Daniyar Akişev təyin edilib. İnflasiya targetinə keçiddən başqa
o, bank sektorunun problemlərini həll etmək məcburiyyətində qaldı. Bu işin nəticəsində yeni konsolidasiya prosessləri və yeni qanun layihələri oldu. Lakin məhz D.Akişev bu gün aktivləri 78 milyard dollar olan 33 bankdan ibarət bank sektorunu tənzimləyir.

Ukrayna

2014-cü ildən bank bazarında 180 oyunçudan 90-ı qaldı. Bunun hamısı hələki ölkənin Milli Bankının rəhbəri Valeriya Qontareva kurasiya edir. Xatırladaq ki, o bu vəzifəyə 2014-cü ilin yayında təyin edilib:
“Bir şey deyə bilərəm ki, siz hamınız prezidentimizi dəstəklədiz, çünki düzünü desək, sizin heç biriniz məni elə də yaxından tanımırsınız”.
 
V.Qontareva bildirib ki, bankların sayını iki dəfə azaldaraq maliyyə sektorunda "zombi-banklar"ın dövrünə son qoyacaq. Bu il Ukrayna KİV-lərində Mərkəzi Bankın ilk qadın rəhbərinin tutduğu vəzifəsindən azad olmaq fikrində olmağı haqda məlumat yayılıb. Deyilənə görə, bir ay öncədən istefa etdiyini açıqlayan Qontareva mayın 10-u sonuncu dəfə işə çıxmalı idi. Lakin o hələ də rəhbərlikdədir və ümumi aktivləri 48 milyard dollar olan bank sektorunu tənzimləməkdə davam edir.

Belarusiya

Böhran Belarusiyanın da bank sektorundan yan keçmədi. Ölkədə kreditlərlə bağlı ciddi problemlər var. “Fitch” Reytinq Agentliyinin açıqlamasına görə, problemli aktivlər 2017-ci ilin 1 rübünün axırı üçün 2 dəfə artıb. Müqayisə üçün, 2015-ci ilin sonunda bu rəqəm ümumi kreditlərin 6.8%-ni təşkil edirdi. Hazırda isə 13,7%-ə çatıb.
Xatırladaq ki, bu vəziyyətin həlli üçün hökümət problemli aktivləri qeyri-bank strukturuna transfer etmək və problemli kreditləri yerli rəhbərlik tərəfindən buraxılmış dövlət zəmanətli uzunmüddətli istiqrazlar ilə əvəz etmək təşəbbüsü ilə çıxış etdi. Hər halda, Belarusiya hakimiyyəti bank böhranının baş verməsinin qarşısını almaq üçün əlindən gələn hər şeyi edəcək.MDB ölkələri arasında 4-cü yeri tutan bank sistemi Belarusun Milli Bankı tərəfindən tənzimlənir. Burada aktivləri 30 milyard dollar təşkil edən  24 bank fəaliyyət göstərir.

Özbəkistan

Özbəkistanın bank sektoru aktivləri 20.3 milyard dollara bərabər olan 27 bank ilə qiymətləndirilir. Onların işi Mərkəzi Bank ilə tənzimlənir. Son illər tənzimləyici kredit əməliyyatlarına nəzarətin hesabına görə, bank sektorunun kapitallaşmasının artırılmasına iqtisadi intizamın sərtləşməsinə dair bir sıra tədbirlər təqdim etdi. Buna S&P-nin analitikləri müsbət qiymət verib.
 
“Bank sisteminin maliyyə sabitliyinin gücləndirilməsi üzrə məqsədyönlü tədbirlər bankların ümumi kapitalının son 5 ildə artımını 2.5 dəfəyə çatdırmağa imkan verib, bununla birgə son ildə bank sisteminin məcmu kapital artımı 20%-i keçib. Bank sisteminin səviyyəsinin kifayətliyi 23.5% təşkil edir, bu da beynəlxalq standartları üç dəfə üstələyir”.
 
Milli Banka rəhbərlik etməyi bir ay bundan öncə sabiq maliyyə naziri Mamarizo Nurmuratova həvalə ediblər. İndi o ölkənin bank sektorunu tənzimləməlidir.

Ermənistan

Ermənistan KİV-lərinin məlumatlarına əsasən, Mərkəzi Bank bankların kapitalının minimum həcmini 6 dəfə - 30 milyard dramadək artırdıqdan sonra, bank bazarında vəsait cəlb etmək və birləşmə üzrə proseslər başladı. İki il baş  tutan proseslərin nəticəsində Ermənistan bazarında 21 kommersiya bankından 17-si qaldı.
2015-2016-cı illərdə iqtisadiyyatının artma templərinin aşağı enməsi  və əhalinin ödəmə qabiliyyətinin pisləşməsi Ermənistanın bank sektoruna təsir göstərib. Nəticədə bankların adət edilən ikirəqəmli artımı təmkinli 1−2%-lıq artımla əvəz edildi. Bu tendensiya 2016-ci ilin üçüncü rübünədək davam etdi.

Moldova

Moldovanın Milli Bankının prezidenti Serciu Çöklin “Euromoney”-ə müsahisində bank sektorunu kollapsdan nə cür qaça bildiyini anladıb. Milli Bankın başına o 2016-cı ilin mart ayında keçib. Bu gün onun nəzarəti altında 4 milyardlıq aktivlər ilə 11 bank yerləşir. Onun dediyinə görə, böyük həcmdə mənimsəmə halları ilə üzləşən bank sektorunun vəziyyətini yaxşılaşdırmaq tədbirləri arasında səhmdarların arasında şəffaflığın artması, Milli Bankın banklar üzərində kontrol səlahiyyətlərinin  artması və bank sektorunda Avropa standartlarının tətbiqi xüsusi yer  tutur.
Ölkə bazarda 50%-dən çox payı olan üç iri bankın problemləri ilə üzləşib. May ayında Serciu Çöklə deyib ki, Moldovanın bank sisteminin təmizlənməsi qrafik üzrə gedir:
“Moldovanın ən iri üç bankının səhmlərinin satışı 2017-ci ilin sonunadək davam edəcək”.

Qırğızıstan 

Qırğızıstan bank sistemi, demək olar ki, regionun ən sabit inkişaf edənlərdən biridir. Eyni zamanda neftin dünya qiymətlərinin aşağı enməsi və bundan sonra Qırğızıstanın ticarət partnyorları olan Qazaxıstan və Rusiyada baş verən iqtisadi resessiya yerli bank sektoruna əhəmiyyətli mənfi təsir göstərə bilmədi. Buna səbəb yerli bank sektorunun dünya maliyyə sisteminə tam olmayan inteqrasiyadır.
Bu gün bank sektoru 25 kommersiya bankı, 618 BOKT, 19 sığorta təşkilatı və 6 investfonddan ibarətdir. Bunların hamısının arxasınca Tolkunbek Abdılqulovun başçılığı ilə Milli Bank baxır. Abdılqulov Milli Banka 2014-cü ilin may ayından rəhbərlik edir.

Türkmənistan

Bu ölkənin bank sektoru şəffaflığı ilə seçilmir. Yalnız o məlumdur ki, vaxtaşırı Türkmənistanda banklar nağd vəsaitlərin verilməsini dayandırır, ya da verilməsinə limit tətbiq edir.

Tacikistan

Rusiyada baş verən problemlərin arxasıyca Tacikistanda da çətinliklər baş verdi. Belə ki, 2014 və 2015-ci illərdə Tacikistana əmək miqrantların pul köçürmələri 47% aşağı endi. Bundan başqa, 2015-ci ildə somoninin dollara qarşı mübadilə kursu 31.7% endi.
Nəticədə Tacikistanın bank sektorunda böhran bir neçə il davam etdi. 2016-ci ildə ölkənin 17 bankından 4-ü iflas astanasında qaldı. Onlardan ən iri ikisi – “Taciksodirotbank” və “Aqroinvestbank” dövlət pulunun köməyi ilə xilas edildi. Daha kiçikləri isə lisenziyasından oldular.
Maliyyə naziri Abdusal Qurboniyenin dediyinə görə, Tacikistanda bank böhranı kommersiya banklarının qeyri-peşəkar işinin nəticəsidir, lakin bankların vəziyyəti kritik deyil. Nəticədə bunların hamısını xilas emək Tacikistanın Milli Bankının rəhbəri Caşmed Nurmaxmadzodun üzərinə düşdü.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285