BANK

“TuranBank”ın aktivlərinin həcmi azalıb, zərəri artıb
20 İYUN
419

“TuranBank”ın aktivlərinin həcmi azalıb, zərəri artıb

2017-06-20 16:38:00

“TuranBank” ASC 2016-cı il üzrə audit hesabatını açıqlayıb. 

2016-cı il üzrə bankın yığılmış zərəri 16 milyon 305 manat təşkil edib. 2015-ci ilin sonuna bu rəqəm 2 milyon 969 manat olub.

Bankın əməliyyatlardan gəliri azalıb. 2015-ci ilin sonuna 12 milyon 274 manatdan ötən ilin sonuna 1 milyon 913 manata düşüb. 

“TuranBank”ın il üzrə zərəri 13 milyon 336 manat olub. 2015-ci ildə bu rəqəm 1 milyon 132 manat idi. Beləliklə, bankın zərəri 11 dəfə artıb. Halbuki 2014-cü ili bank 5 milyon 563 manat mənfəətlə başa vurmuşdu. 

Bankın səhm üzrə zərəri 285 manat olub. 2015-ci ildə bu rəqəm 25 manat idi. 

Bankın aktivlərinin həcmi 2016-cı il üzrə 508 milyon 260 manat olub. Bankın aktivlərinin həcmində 1,8 faiz azalma baş verib. Belə ki, 2015-ci ildə bu rəqəm 517 milyon 741 manat təşkil edirdi.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297