BANK

“Bloomberg”də dollar manat qarşısında bahalaşdı
19 İYUN
1220

“Bloomberg”də dollar manat qarşısında bahalaşdı

2017-06-19 14:05:00

İyun ayının 19-da banklararası ticarətdə dollar yenidən bahalaşıb. Fins.az xəbər verir ki, “Bloomberg” terminalında dollar günə 1.6903 manat kursu ilə başlayıb və 1.6916 manata qədər yüksəlib. Başqa sözlə, dollar manat qarşısında 0,33% dəyər qazanıb.

Qeyd edək ki, sonuncu dəfə “Bloomberg”də dollar ticarəti 1.6861 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini Bloomberg platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks Bloomberg ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285