BANK

“Xalq Bank”ın ehtiyat fondu üçün xərclər lazım olacaq - “MOODY`S”
16 İYUN
474

“Xalq Bank”ın ehtiyat fondu üçün xərclər lazım olacaq - “MOODY`S”

2017-06-16 12:16:00

“Xalq Bank” ASC tənzimləyicinin kapitalın adekvatlığına olan tələblərini yerinə yetirir. Fins.az-ın verdiyi məlumata görə, bu barədə “Moody`s” reytinq agentliyi qeyd edir.

“1 may tarixinə bankın məlumatına görə, I dərəcəli kapitalın adekvatlıq əmsalı 14,5%, kapitalın adekvatlıq əmsalı 15,4% təşkil edib, bu da tənzimləyicinin müvafiq olaraq 5% və 10% səviyyəsində minimal tələblərinə uyğundur”, - deyə agentlik bildirib.

Buna baxmayaraq, “Moody`s” “Xalq Bank”ın kapitallaşmasını ehtiyatların nisbətən aşağı səviyyəsi nöqteyi-nəzərindən “sadə” kimi qiymətləndirir.

“2016-cı ilin sonuna bankın ümumi kredit portfelində vaxtı ötmüş kreditlərin payı 14,7%, təkrar strukturlaşdırılan kreditlərin payı 24,6% təşkil edib”, - deyə agentlik vurğulayır.

“Moody`s” qeyd edir ki, bankın kredit portfeli növbəti 12-18 ay ərzində ehtiyat fondu üçün əlavə xərclər tələb edir. Çünki kreditlərin və borcların ödənilməsinə 7,9% səviyyəsində ehtiyatlar kredit risklərinin ödənişi üçün kifayət olmayacaq.

“Əsas ssenariyə əsasən, yüksək kredit xərcləri səbəbindən bank cüzi gəlirli və ya zərərsiz olacaq”, - deyə məlumatda deyilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297