BANK

Azərbaycanda dolların alış-satış spredi minimuma enib
12 İYUN
812

Azərbaycanda dolların alış-satış spredi minimuma enib

2017-06-12 14:27:00

Azərbaycanın kommersiya banklarında nağd ABŞ dollarının alış və satış məzənnələri arasındakı fərq milli valyutanın devalvasiyasından sonra minimal həddə enib. 

Hazırda kommersiya banklarında dolların ən yüksək alış məzənnəsi 1,6900 AZN/USD, ən aşağı satış məzənnəsi isə 1,6920 AZN/USD təşkil edir. Qeyd edək ki, dolları ən baha qiymətə alan "Gunaybank" ASC, ən ucuz satan isə "Silkway Bank" ASC-dir. Bununla da dolların alış-satış spredi 0,12%-ə düşüb.

Xatırladaq ki, məzənnə fərqinin azalması Azərbaycanın maliyyə bazarında aparılan proseslərlə əlaqəli olub. Dolların məzənnəsində son aylarda yaranan sabitlik məzənnə fərqinin daralmasına gətirib çıxarıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285