BANK

Bank sektorunun xarici borcları artıb
12 YANVAR
461

Bank sektorunun xarici borcları artıb

2017-01-12 09:12:00

Kommersiya banklarının xarici borcları 1 ay ərzində təxminən 450 mln. USD artıb. Fins.az iqtisadçı Rövşən Ağayevin açıqlamalarına əsasən bildirir ki, bankların xarici aktivləri isə ay ərzində təxminən 100 mln. USD azalıb. Xarici aktivlərə bankların xarici banklardakı hesablarında saxladığı xarici valyuta və qiymətli metallar formasında vəsaitlər, xarici şirkət və bankların səhmlərinin alınmasına yönəltdikləri vəsaitlər, xaricə verdikləri kreditlər, xaricdə aldığı digər aktivlər daxildir. 
Hazırda sektor üzrə xarici aktivlərin həcmi təxminən 1.9 mlrd. USD idi. 2016-cı ilin əvvəlində isə 5 mlrd. USD olmuşdu - deməli bankların xarici aktivləri 2 dəfədən çox (3.1 mlrd. USD) azalıb.
Məsələ ondadır ki, il ərzində bankların xarici borcları təxminən 800 mln. USD azalıb. Hesab edək ki, əriyən 3.1 mlrd. USD xarici aktivin 800 mln-u onların öz borclarını qaytarmasına sərf edilib - bəs yerdə qalan 2.3 mlrd. USD xarici aktivin taleyi necə olub?
Belə çıxır ki, 2016-cü ildə (hələlik 11 ayın nəticəsi məlumdur) təkcə ölkənin strateji valyuta ehtiyatlarında 1.5 mlrd. USD azalmayıb. Bank sektorunun xarici valyuta formasında ehtiyatlarından da 2.3 mlrd. USD itirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296