BANK

Bankda kapital artımı gündəmdədir – BANK RƏHBƏRİNDƏN AÇIQLAMA
29 NOYABR
558

Bankda kapital artımı gündəmdədir – BANK RƏHBƏRİNDƏN AÇIQLAMA

2016-11-29 11:11:00

Unibankda kapital artımı gündəmdədir. Bankın İdarə heyətinin sədri Faiq Hüseynov Fins.az-a açıqlamasında bildirib ki, hazırda bununla bağlı mövcud xarici səhmdarlar, yəni Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Almaniya İnkişaf Bankı, həmçinin yerli pay sahibləri tərəfindən texniki məsələlər müzakirə olunur: “Əminliklə deyə bilərəm ki, bu ilin sonuna kimi məsələ öz həllini tapacaq”.  F.Hüseynov kapital artımının həcminə gəlincə, əlavə olaraq 55 milyon manat sərmayə qoyuluşunun nəzərdə tutulduğunu söyləyib. 

O, Unibankın xarici valyuta satışı ilə bağlı həyata keçirdiyi əməliyyatlar üzrə vəziyyətə də aydınlıq gətirib. İdarə Heyətinin sədri qeyd edib ki, dolların iki alış mərkəzi var: biri Mərkəzi Bankın həyata keçirdiyi  hərraclar, digəri isə Unibankın müştəri bazasıdır. Bank mövcud imkanlar daxilində dollar satışını həyata keçirir. Valyuta mübadiləsindən əldə olunan gəlirlərə gəlincə, F.Hüseynov dəqiq rəqəm açıqlamayıb.   

Unibank istehlak kreditlərinin verilməsini də davam etdirir. Bank rəsmisinin sözlərinə görə, yeni qaydalar çərçivəsində bank həm istehlak, həm də mikro kreditlər verir: “Hazırda  mikro kreditlərlə bağlı aktivliyi artırmışıq, xüsusən də bölgələrdə kiçik və orta sahibkarların maliyyə tələbatlarını ödəməyə çalışırıq. Mikro kreditlərin həcmi isə 30 min manata qədərdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270