BANK

Mərkəzi Bank yenə not satacaq-HƏRRAC
28 NOYABR
446

Mərkəzi Bank yenə not satacaq-HƏRRAC

2016-11-28 18:33:00

Mərkəzi Bank (MB) noyabrın 30-da 75 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirəcək. Bakı Fond Birjasından (BFB) fins.az-a verilən xəbərə görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək həyata keçiriləcək.

Notların tədavül müddəti 28 gün, bir notun nominal dəəyəri isə  100 manat müəyyən edilib.

MB qısa müddətli notların buraxılışı, yerləşdirilməsi və tədavülü haqqında qaydalara əsasən, hərraclarda bank lisenziyasına malik olan hüquqi şəxslər iştirak edə bilər. Banklar birjada  BFB-nin üzvü olan investisiya şirkətləri vasitəsilə iştirak edə bilər.

Hər bank 3-dən artıq sifariş təqdim edə bilməz. Hərrac zamanı, notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275