BANK

Bu bank cəmi 50 dollar satır
28 NOYABR
847

Bu bank cəmi 50 dollar satır

2016-11-28 13:10:00

Azərbaycanda fəaliyyət göstərən banklardan cəmi 7-si bu gün valyuta satır. Fins.az-ın aradırmasına görə, “CDBank”, “Xalq bank” və “Turanbank” ardıcıl olaraq hər gün müəyyən limitlə valyuta satışını həyata keçirib.

Digər banklar isə bəzi günlərdə satışı bərpa etsə də əksər hallarda satışı dayandırıblar. Dollar və avronu ən az limitlə satan “Yapı Kredi Bank ”dır.  Bu bank c əmi 50 dollar və 50 avro satır.

Valyuta satışına ən böyük limiti bu gün “NBC Bank” tətbiq edib- 6000 dollar. Bu gün “Xalq Bank” 500 dollar,  “Turanbank” və “Dəmirbank” 100 dollar, “Expressbank” 200 dollar, “CDBank” isə kassadakı məbləğdən asılı olaraq valyuta satışı edirlər.    

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275