BANK

Əmanətlərin sığortalanması sistemi dəyişməlidir – PALATA
24 NOYABR
675

Əmanətlərin sığortalanması sistemi dəyişməlidir – PALATA

2016-11-24 14:39:00

Azərbaycanda bank əmanətlərinin sığortalanması sistemi təkmilləşdirilməlidir, yəni əmanətlər daha yaxşı sığortalanmalıdır. Fins.az-ın məlumatına görə, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib. Əmanətlərin sığortalanması ilə bağlı hazırki sistem barədə məlumat verən Palata rəhbəri bildirib ki, Əmanətlərin Sığortalanması Fondunun (ADİF) 10 illik fəaliyyəti ərzində 140 milyon manat kapital toplanmışdı. Bu isə maliyyə sektorunda mövcud olan qorunan əmanətlərin 10%-ni belə ödəmir. 

Nəticədə bankların lisenziyasınn geri çağrılması ilə əlaqədar olaraq ADİF-də kapital qıtlığı yarandı. Xüsusilə «Bank Standard»ın lisenziyasının  geri çağrılması ADİF-in yükünü artırıb. Bunun qarşısını almaq üçün ADİF dövlət zəmanəti ilə kreditlə götürdü: «Və hazırda bankdakı 460 milyon manatın  425 milyon manatı tam ödənilib. Amma qarşıdakı illərdə fond həmin kreditləri hökmən qaytarmalı olacaq».

Bununla əlaqədar olaraq Palata rəhbərinin sözlərinə görə, əmanətlərin sığortalanması sisteminə dəyişiklik eilməlidir. Özü də bu prosesdə təkcə əmanətçilərin deyil, sahibkarların və biznesin vəsaitlərinin qorunması əksini tapmalıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275