BANK

Mərkəzi Bank ADİF-ə kredit verəcək – SƏRƏNCAM
23 NOYABR
1713

Mərkəzi Bank ADİF-ə kredit verəcək – SƏRƏNCAM

2016-11-23 19:44:00

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 984; 2007, № 6, maddə 562, № 10, maddə 938, № 12, maddə 1196; 2009, № 6, maddə 404, № 7, maddələr 507, 517; 2010, № 10, maddə 839; 2011, № 7, maddə 612; 2014, №11, maddə 1371; 2015, № 6, maddə 684, № 11, maddə 1296; 2016, № 3, maddə 405) aşağıdakı məzmunda 54.3-1-ci maddə əlavə ediləcək:

“54.3-1. Mərkəzi Bank “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 17.2-ci maddəsinə uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kredit verə bilər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270