BANK

Azərbaycanda borc məsləhət mərkəzləri yaradıla bilər
23 NOYABR
246

Azərbaycanda borc məsləhət mərkəzləri yaradıla bilər

2016-11-23 11:24:00

Azərbaycanda perspektivdə borc məsləhət mərkəzləri yaradıla bilər. Bu barədə Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) Azərbaycan üzrə direktoru Aliyə Əzimova bildirib.

"Borc məsləhət mərkəzlərinin yaradılması sahəsində İFC böyük təcrübəyə malikdir. Bu sahədə Azərbaycanda potensial çoxdur. Belə mərkəzlərin yaradılması həddən artıq borclanmanın qarşısını almaqda mühüm rol oynaya bilər. Borclar üzrə məsləhətləşmələr mexanizminin yaradılması önəmlidir", - deyə A.Əzimova qeyd edib. 

A.Əzimova bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatı təzyiq altındadır. Ticarət sahəsində tarazlığın pozulması maliyyə sektoruna da mənfi təsir göstərib.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycanda bir sıra layihələr, o cümlədən fermerlərə biznesin idarə edilməsi üzrə layihənin həyata keçirilməsi də mümkündür.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274