BANK

Valyuta bazarına yeni müdaxilə gözlənilir – DOLLARA TƏSİR OLACAQ
21 NOYABR
10382

Valyuta bazarına yeni müdaxilə gözlənilir – DOLLARA TƏSİR OLACAQ

2016-11-21 09:51:00

Azərbaycanın valyuta bazarında ötən həftənin sonunda müşahidə olunan gərginlik səngiyib. Fins.az-ın məlumatına görə, cümə günü bankların əksəriyyətinin (günün ikinci yarısında demək olar ki, bütün bankların) dollar satışın dayandırması və «qara bazar»da ABŞ dollarının  məzənnəsin n kəskin yüksəlməsi  müşahidə olunurdu. Nəticədə dolların alış qiyməti 1,83 manat, satış qiyməti 1,84 manata yüksəlmişdi. Amma həftə sonu dollar ətrafındakı gərginlik azalıb. Eyni zamanda dolların alış-satış məzənnəsində də enmə baş verib. 

Belə ki, banklarda dollar qıtlığı yaşandığı halda, şənbə günü əksinə qara bazarda dollar bolluğu yaşanlb və nəticədə bir dollar 1,78 manata alıb, 1,77 manata satılıb. Bu gün də bankların dollar alışı və satışı üzrə kurslarında elə bir dəyişiklik nəzərə çarpmır. Fins.az xəbər verir ki, valyuta satışı üzrə bankların tələbatının ödənilməsi və qara bazarda satışların düşməsini tənzimləmək üçün bu gün valyuta bazarına müdaxilə ediləcəyi gözlənilir. Hələlik, müdaxilənin həcmi barədə məlumat verilmir, amma fins.az-ın məlumatına görə, bu, bazardakı vəziyyətə müvəqqəti də olsa təsir edəcək qəər olacaq. 

Xatırladaq ki, artıq bir neçə həftədir ki, davamlı şəkildə bahalaşan dollar ötən həftə sonu maraqlı vəziyyətlə qarşılaşıb. Fins.az-ın müşahidələrinə görə, məhz bu amildən xəbərdar olan «qara bazar» həftə sonu qiymətləri aşağı salmalı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275