BANK

PAŞA Bankın vaxtı keçmiş kreditləri açıqlandı – HESABAT
08 NOYABR
427

PAŞA Bankın vaxtı keçmiş kreditləri açıqlandı – HESABAT

2016-11-08 08:56:00

PAŞA Bank bu ilin üçüncü rübü üzrə hesabatını açıqlayıb. Fins.az hesabata əsasən xəbər verir ki, bankın vaxtı keçmiş kreditlərinin həcmi 89,992 min AZN olub və onun kredit portfelində xüsusi çəkisi 11,12%-dir. Kreditlər üzrə yaradılmış ehtiyatlar isə cəmi 81,378 min AZN və ya kredit portfelinin 10.05%-ni təşkil edib. Belə çıxır ki, problemli kreditlər ehtiyatları 0,7 faiz üstələyir. Bu isə hazırki şəraitdə ciddi rəqəm hesab olunmur. Vurğulamaq istərdik ki, ehtiyatların 74,853 min AZN-i məhz məqsədli ehtiyatlardır. 

Bank bu ilin 9 ayında müştərilərə 809,356 min AZN kredit verib. İstifadə olunmamış kredit xəttinin həcmi isə 34,651 min AZN olub. Kreditlərin iqtisadiyyatın hansı sahələrinə qoyuluşu isə aşağıda göstərilib.  

PAŞA Bankın cəmi gəlirləri 137285 min AZN, cəmi xərcləri isə 117384 min AZN olub. Gəlirlərdə faiz və gəlirlərin bu qəbildən olan növləri 77,053 min AZN təşkil edib. Faiz gəlirlərində xüsusəndə kreditlər üzrə faizlərin həcmi daha böyükdür -  cəmi 60,306 min AZN. Kreditlər arasında isə ticarət və xidmət sahəsi öndədir və göstərici 24,425 min AZN təşkil edir. Bankın xalis faiz mənfəəti 50,880 min AZN-ə çatıb. Mənfəətdən ödənilən vergilər 7,277 min AZN, vergilər ödənildikdən sonra xalis mənfəət 12,654 min AZN olub.  

Əmanət portfelində müddətli depozitlər 60 faizi keçir. Ümumilikdə depozit portfeli üzrə məbləğ 1.9 milyard çərçivəsindədir. Hüquqi şəxslərin müddətli depozitləri 346,851.31 min AZN, fiziki şəxslərin müddətli depozitləri 184,813.61 min AZN təşkil edir. Ötən 9 ayda fiziki şəxslərin müddətli depozitləri 9169,73 min manat, hüquqi şəxslərin müddətli depozitləri isə 96574,07 min AZN çoxalıb. Ən böyük artımlardan biri də hüquqi şəxslərin tələbli depozitlərində qeydə alınıb. Cari ilin 3 rübündə bu portfel 516980,17 min AZN artaraq hazırda 1,220,498.20 min AZN-ə yüksəlib.  Bankın cəmi aktivləri isə 2,782,552.88 min AZN təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275