BANK

Palata banklara xəbərdarlıq etdi – RƏSMİ AÇIQLAMA
04 NOYABR
540

Palata banklara xəbərdarlıq etdi – RƏSMİ AÇIQLAMA

2016-11-04 11:07:00

Maliyyə Bazarlarına Nəzarət Palatası banklara ciddi xəbərdarlıq edib. Fins.az xəbər verir ki, bu barədə Palatanın sədri Rüfət Aslanlı açıqlama verib. Bildirib ki, bankların yüksək vəzifəli menecerləri ilə xüsusi görüş keçirilib.

“Bəyan etmişik ki, hər hansı bank indiki həssas vaxtda valyuta mübadiləsi zamanı qanunazidd hərəkət edib qanunvericiliyi pozararsa, onlar haqqında ən ciddi tədbirlər görəcəyik”.

Bankların qanunsuz əməliyyatlara yol verməsi məsələsinə toxunan R.Aslanlı bununla bağlı əhalini MBNP-na müraciət etməyə çağırıb.

“Banklarda həyata keçirilən hər bir əməliyyat barədə məlumatımız yoxdur. Biz yalnız hesabatlar vasitəsilə bankların maliyyə durumunu qiymətləndirə bilirik. Bankların qanunsuz hərəkətləri barədə bizə məlumat vermək lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275