BANK

PayPal üçün Azərbaycan cəlbedici deyil
03 NOYABR
367

PayPal üçün Azərbaycan cəlbedici deyil

2016-11-03 09:19:00

Bütün dünyada elektron mağazalardan istifadə günü-gündən artır. Azərbaycanda bu trenddən kənar deyildir. Azərbaycandan olan istifadəçilər arasında populyarlığa görə Amazon, Alibaba və Ebay ilk sıraları tutur. Biz qeyd olunan mağazalarda rahatlıqla mal almaq imkanına sahibik. Lakin orada mal satan rolunda çıxış etmək imkanımız yoxdur. Problemdə ondan ibarətdirki, ödəniş sistemləri hazırda Azərbaycan istifadəçilərinə pulu ödəmək icazəsi verir, lakin pulu birbaşa  Azərbaycandan olan satıcıya və ya xidmət göstərənə göndərməkdən imtina edir. Bu əsasən nəhəng PayPal ödəmə sistemənə aiddir. . Problemin köküdə ondan ibarətdirki , PayPal üçün Azərbaycan kommersiya baxımdan cəlbedici deyildir.

Bu haqqda məlumatlar Varşavada keçirilən İTC konfransında verilən məlumatdan bəlli olub. Belə ki, Ukraynanın Mərkəzi Bankının direktoru Serqey Şaskoqo bildirmişdirki, PayPal Ukraynaya birbaşa pul göndərmələri sisteminin işini saxlamağı planlaşdırır.

Konfransda iştirak edən Azərbaycan, Qazaxıstan və s. ölkələrin dövlətlərin nümayəndələri bildirmişdirlərki, ölkələri hansı addımları atmalıdırlarkı PayPal onların ölkələrinə pul göndərişlərini təmin etsin.

PayPal nümayəndəliyinin cavabına əsasən,  PayPal kommersiya təşkilatıdır və özünün inkişaf strategiyası vardır. Şirkət yalnız ona kommersiya baxımdan cəlbedici bazarlara daxil olmağa çalışır.

Nəzərə alsaq ki, PayPal Ukrayna kimi böyük bazarı kommersiya cəhətdən cəlbedici hesab etmirsə, o zaman bu sistemin Azərbaycana gəlməsi hələ bir müddət sual altında qalacaq.

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271