BANK

Dolların «qara bazarı» ilə bağlı – ARAŞDIRMA BAŞLAYIB
31 OKTYABR
3446

Dolların «qara bazarı» ilə bağlı – ARAŞDIRMA BAŞLAYIB

2016-10-31 09:54:00

Azərbaycanın hüquq-mühafizə orqanları «qara bazar»a külli miqdarda dollar kütləsinin çıxarılması ilə bağlı araşdırmalara başlayıblar. Fins.az-ın məlumatına görə, "qara bazar"a vəsait yönəltdiyinə görə ölkə banklarından bir neçəsinin vəzifəli şəxsləri dindirməyə alınıb. Banklardan qara bazara böyük həcmdə – bir neçə yüz milyondan 1 milyard dollara qədəp vəsaitin çıxarıldığı iddia olunur.

«Satırıq, ancaq dollar yoxdu» 

Qeyd edək ki, son günlər valyuta bazarında dollara tələbat və bu məsələ ətrafında ajiotaj yenidən yüksəlib. Dollara tələbatın artması fonunda bankların bir hisəsinin dollar satışını məhdudlaşdırması və ya tamamilə dayandırması "qara bazar"ın yenidən aktivləşməsinə səbəb olub.  

Məlumdur ki, Mərkəzi Bank və Dövlət Neft Fondu həftədə 2 dəfə valyuta hərracı keçirir. Hərraclara nə qədər valyuta çıxarılması barədə məlumatlar açıqlanmasa da bəllidir ki, banklar həftə ərzində ən azı 200 milyon dollar ala bilirlər. Bir qədər əvvəl isə bazarda dollara tələbatı ödəmək və bu məsələnin tamamilə gündəlikdən çıxarılması üçün Fondun vəsaitlərindən böyük həcmdə dollar kütləsi bazara çıxarılmışdı. Amma, buna baxmayaraq bundan ötən bir neçə gündən sonra və hazırda bankların əksəriyyəti ya ümumiyyətlə dollar satmırlar, ya da limitlə satırlar. 

«Qara bazar»da limitsiz əməliyyatlar

Dollar dəyişmək istəyənlərin narazılığına səbəb olan bu hal, hüquq-mühafiə orqanlarının da diqqətini cəlb edib. Məsələ bundadır ki, dolların qıt olması barədə yayıdan məlumatlar bu sahəyə birbaşa aidiyyatı olmayan şəxsləri də valyuta ehtiyatı toplamağa vadar edir və bu da bazarda gərginliyi artırır. Üstəlik, dolların «qara bazarda» faktiki olaraq açıq satışda olması və məhdudiyyətsiz (hər halda banklardakından daha böyük həcmdə) satılması cəmiyyətdə bu sahəyə ciddi nəzarət olmadığı qənaətini yaradır və ümumilikdə bank sektorunun işinə inamı azaldır. 

Eləcə də bax: Dolların "qara bazar"ından – REPORTAJ

Görünür buna görə, məsələni yerli hüquq-mühafizə orqanları  araşdırmağa başlayıblar.  

Bankirlər limitdən necə qaznırlar? 

Müşahidələr göstərir ki, bankların dolları limitlə satması dollar ehtiyatlarının idarə edilməsi ilə yanaşı, bəzən "kassada pul yoxdur" bəhanəsi əslində onların əlavə qazanc niyyətlərinə söykənir. Məsələ bundadır ki, rəsmi əməliyatlar zamanı dolların alış-satış məzənnəsi tənzimlənir – bu göstəricilər Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən 4% aşağı və ya yuxarı olmamalıdır. «Qara bazara» isə belə limitlər yoxdur – dollar istənilən məzənnə ilə satılır. 

Nəticədə, bankın və ya əksər hallarda bank filialının rəhbərinə çıxışı olan müştərilər dolları kassada qoyulan kursdan baha olsa da ala bilirlər. Belə vəziyyətdə,  limitlə satışı təsdiqləmək üçün "xüsusi müştəriyə" satılan valyuta real məzənnə ilə kassaya vurulur və alıcı üstündə əlavə vəsait ödəməklə dollar alır. Qarşı tərəf isə bu əməliyatdan ciddi gəlir götürür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271