BANK

“Card to Card” nədir və xidmət haqqı nə qədərdir?
28 OKTYABR
581

“Card to Card” nədir və xidmət haqqı nə qədərdir?

2016-10-28 14:52:00

“Card to Card” xidməti adından da göründüyü kimi kartdan karta edilən əməliyyatı göstərir. Yəni, siz öz plastik kartınız vasitəsilə plastik kartı olan bir şəxsə vəsait göndərə bilərsiniz.

Bu xidmət vasitəsilə siz, tez və rahat şəkildə pulunuzu bir kart hesabından digər kart hesabına köçürə bilərsiniz. Pul vəsaitləri istər müştərinin öz kart hesabları arasında, istərsə də digər şəxsin kart hesabına köçürülə bilər.

Kartdan karta pul vəsaitlərinin köçürülməsi İnternet Bank, Mobil Bank xidmətləri və ATM-ləri vasitəsilə həyata keçirilə bilər.

Göndərilən pullar 30 dəqiqə ərzində ünvana çatır.

"Card to Card" əməliyyatı aşağıdakı qaydada həyata keçirilir:

  • Kartı bankomata daxil edirsiniz, PIN kodu yazırsınız,
  • Bankomatın monitorunda Card-to-Card funksiyasını seçərək, pulu qəbul edən şəxsin kart nömrəsini daxil edirsiniz,
  • Pulu qəbul edən şəxsin kartının etibarlılıq müddətini göstərir və göndərilən məbləği daxil edirsiniz,
  • Əməliyyat yerinə yetirilir və sizə qəbz təqdim olunur.

"Card to Card" xidmətinin əsas üstünlükləri:

  • Pulköçürmə həftənin 7 günü, 24 saat ərzində mümkündür;
  • Sürətli pulköçürmə xidmətlərindən daha sürətli və sərfəlidir;
  • Pul 30 dəqiqə ərzində kart hesabına köçürülür;
  • Köçürülən məbləğə məhdudiyyət qoyulmur;
  • Pulu köçürərkən banka gəlməyə ehtiyac yoxdur.

QEYD: "Card to Card" əməliyyatı bankın öz kartları və bankın aid olduğu prosessinq mərkəzinin kartları arasında aparıla bilər.

Aşağıdakı cədvəldə "Card to Card" xidməti göstərən banklar ilə tanış ola bilərsiniz.  

Göstərilən qiymətlər Debet kartları ilə edilən manat əməliyyatlarına aiddir. Digər valyuta ilə və kart növlərindən istifadə zamanı faiz dərəcələrində fərqlilik müşahidə olunacaqdır. 

Bank

Prosessinq mərkəzi

Köçürmə məbləği

Komisyon haqq

AccessBank

Millikart

Limit yoxdur

1% - min. 0,5 AZN

AFB Bank

AzeriCard

Limit yoxdur

0,2% - min. 0,5 AZN

AGBank

AzeriCard

Limit yoxdur

0,2% - min. 0,4 AZN

Amrahbank

AzeriCard

min. 0,5 AZN, 0,7 USD

0,5% - min. 0,5 AZN

ASB Bank

Millikart

Limit yoxdur

2%

Atabank

AzeriCard

Limit yoxdur

0,4% - min. 0,5 AZN

Azər Türk Bank

AzeriCard

Limit yoxdur

1%

Bank Avrasiya

AzeriCard

Limit yoxdur

0,5%

Bank BTB

AzeriCard

Limit yoxdur

1%

Bank of Baku1

Daxili Prosesinq

Limit yoxdur

0,2% - min. 0,25 AZN

Bank Respublika

AzeriCard

Limit yoxdur

0,25% - min. 0,3 AZN

Bank Silk Way

AzeriCard

Limit yoxdur

0,50%

Beynəlxalq Bank

AzeriCard

maks. 800 AZN (ekv.)

0,15% - min. 0,6 AZN

Caspian Development Bank

AzeriCard

Limit yoxdur

0,5%

Dəmirbank

Millikart

Limit yoxdur

0,5%

Expressbank

Millikart

Limit yoxdur

1%

Gunay Bank

AzeriCard

Limit yoxdur

0,2%

Kapital Bank2

Daxili Prosesinq

Limit yoxdur

0,1% - min. 0,5 AZN

Muğanbank

AzeriCard

Limit yoxdur

0,2% - min. 0,5 AZN

NBC Bank

AzeriCard

Min. 10 AZN

0,5% - min. 1 AZN

Nikoil Bank

AzeriCard

Limit yoxdur

0,2% - min. 0,8 AZN

Paşa Bank

Daxili Prosesinq

Limit yoxdur

1%

Rabitəbank

AzeriCard

maks. 2000 AZN

0,5%

Turanbank

AzeriCard

Limit yoxdur

0,5%

Unibank3

Millikart

Limit yoxdur

0,2% -min. 0,25 AZN

VTB Bank Azərbaycan

AzeriCard

Limit yoxdur

0,5% - min. 0,5 AZN

Xalq Bank

AzeriCard

Limit yoxdur

0,5%

  1. bankın öz kartları arasında "Card to Card" xidməti üzrə tariflər göstərilmişdir. Bank of Baku kartları ilə sadəcə Millikart prosessinq mərkəzinə aid bankların kartlarına pul göndərmək mümkündür. Bu zaman köçürülən məbləğdən tutulacaq faiz dərəcəsi 1% təşkil edir.
  2. Kapital Bank-ın özünün daxili prosessinq mərkəzi olduğu cədvəldə sadəcə bankın öz kartları arasında "Card to Card" xidməti üzrə tariflər göstərilmişdir. Kapital Bankı kartları ilə AzeriCard və  Millikart prosessinq mərkəzinə aid bankların kartlarına pul göndərən zaman köçürülən məbləğdən tutulacaq faiz dərəcəsi 0,25% - min. 1 AZN təşkil edir.
  3. Unibank-ın başladığı kampaniya çərçivəsində Unibank Mobile-la aparılan “hesabdan-karta” ,”kartdan –hesaba” və “kartdan –karta” əməliyyatlarına komissiya haqlarında 20% endirim edilir. Ətraflı məlumat üçün buraya daxil olun. 

Mənbə: Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272