BANK

«Kassada nə varsa, onu da satırıq» – DOLLAR SATIŞI
27 OKTYABR
1469

«Kassada nə varsa, onu da satırıq» – DOLLAR SATIŞI

2016-10-27 13:33:00

Azərbaycanda dollar qıtlığı hiss olunur. Fins.az-ın araşdırmaları və bank sektorundan alınan məlumatlar ABŞ valyutasının satışının məhdudlaşdırıldığını və bankların əksəriyyətinin dollar satmaqdan imtina etdiyini göstərir.
Baxmayaraq ki, bütün banklar bu gün səhərdən dolların alış-satış qiymətlərini bəyan ediblər, artıq günortaya yaxın demək olar ki, hamısı dolların satışını dayandırıb. Hətta indiyədək dolların problemsiz tapıldığı “qara bazar”da da valyuta qıtlığı yaşanır.
Qeyd edək ki, sorğularımızıza cavab olaraq bankların əksəriyyəti A BŞ valyutasını limitsiz satdıqlarını açıqlayıblar. Ancaq onlar satış həcminin kassalardakı vəsaitdən asılı olaraq dəyişdiyini bəyan ediblər: “Biz limitsiz satırıq. Ancaq kassada nə qədər dollar varsa, o qədər də sata biləcəyik”. Kassadakı məbləğ bitdikdən sonra dolların satışı dayandırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271