BANK

Bankın departamentlərindən biri ləğv olundu
27 OKTYABR
613

Bankın departamentlərindən biri ləğv olundu

2016-10-27 11:08:00

“Rabitəbank” ASC-nin Nəzarət və Monitorinq Departamenti ləğv edilib. Bununla da Bankın departamentlərin sayı 17-yə düşüb.

Qeyd edək ki, ləğv olunan departamentin keçmiş direktoru Binnət Novruzov hazırda Bankın baş direktoru vəzifəsini tutur. 

Xatırladaq ki, "Rabitəbank" 1993-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 48 500 059,47 manatdır. Bankın səhmlərinin 23,98%-i Zakir Əlibala oğlu Nuriyevə (Müşahidə Şurasının sədri), 23,24%-i Aslan Tarqulu oğlu Xasiyevə, 22,12%-i Seyran Əlibala oğlu Nuriyevə (baş direktor), 18,83%-i Dilarə Nəsrəddin qızı Nuriyevaya, 11,34%-i Yaşar Feyzi oğlu Qurbanova ("Meqa Sığorta" ASC-nin 15%-lik səhmdarı), qalan 0,49%-i isə digər fiziki şəxslərə məxsusdur.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275