BANK

Azərbaycan avrobondlarının faizi düşüb
26 OKTYABR
273

Azərbaycan avrobondlarının faizi düşüb

2016-10-26 12:40:00

Azərbaycan Maliyyə Nazirliyinin 18 mart 2014-cü ildə, 10 il müddətinə Avropanın kapital bazarına çıxardığı istiqrazların qiyməti rekord həddə çatıb. Bu barədə açıqlamasında "Kapital Menecment İnvestisiya Şirkəti" QSC-nin analitiki Cəfər İbrahimli məlumat verib.

Onun sözlərinə görə, nominal dəyəri 1 000 ABŞ dolları olan 1,25 mln. avrobond (1,25 mlrd. dollarlıq) hazırda bazarda illik 4% gəlirliliklə realizə edilir: "Qiymətli kağızlar nominal dəyərinə nisbətdə 104,25%-lə (1 042,5 dollara) alınır, 104,75%-lə (1 047,5 dollara) isə satılır. Halbuki, illk kupon faizi 4.75% olan avrobondlar illik 5% gəlirliliklə yerləşdirilib. Yəni, ölkəmiz üçün borclanma faizi 5% olub".

"Bu ilin fevralında manatın təkrar devalvasiyasından sonra bu istiqrazların alış-satış qiyməti nominal dəyərinin 98-99%-i qədəri olub. İndisə alış-satış qiymətində 6-7 faiz bəndi fərq var. Yəni, 8-9 ay bundan əvvəl Azərbaycan avrobondlarını alanlar bu müddətdə dollarla 6-7% gəlir əldə etmiş olublar", - deyə C.İbrahimli qeyd edib.

Onun sözlərinə görə, bu, ikili devalvasiyaya və iqtisadi çətinliklərə baxmayaraq Azərbaycanın mövqeyinin kapital bazarında kifayət qədər yaxşılaşması deməkdir: "Maliyyə Nazirliyi manatla buraxdığı istiqrazlara 15-20% gəlirlilik vəd etməklə bərabər, dollarla avrobondlar yerləşdirərək əvvəlki yerləşdirmədən daha aşağı faizlə (təxminən 4%-lə) vəsait cəlb edə və ölkənin tədiyyə balansını müsbətə doğru dəyişdirə bilər".

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275