BANK

Lisenziyasını bərpa etmək istəyən bank – MƏHKƏMƏNİ UDUZDU
21 OKTYABR 2016
1291

Lisenziyasını bərpa etmək istəyən bank – MƏHKƏMƏNİ UDUZDU

2016-10-21 12:48:00

Bu gün Gəncə İnzibati-İqtisadi Məhkəməsində "Gəncəbank" ASC-nin lisenziyasının bərpa edilib-edilməməsi ilə bağlı iclas keçirilib. Məhkəmədən verilən məlumata görə, işə hakim Kamil Rzayevin sədrliyi ilə baxılıb.

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Məhkəmə heyəti bankın əleyhinə qərar qəbul edib. Bununla da "Gəncəbank"ın məhkəmə yolu ilə lisenziyasını bərpa etmək cəhdi baş tutmayıb. Kredit təşkilatının bu qərardan apelyasiya şirkəti verib-verməyəcəyi, yəni Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib-etməyəcəyi hələ ki, məlum deyil.

Xatırladaq ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi bu il fevralın 15-də "Gəncəbank"ın müflis elan edilməsi, iflas proseduruna başlanılması, "Azerbaijan International Consulting Company" MMC-nin Banka ləğvedici təyin edilməsi barədə qərar qəbul edib. Lakin "Gəncəbank" bundan apellyasiya şikayəti verib. Martın 18-də Bakı Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin çıxardığı qərardadı və qərarı ləğv edib. İş aidiyyəti üzrə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərilib.

Qeyd edək ki, "Gəncəbank"ın lisenziyası bu il yanvarın 22-də Azərbaycan Mərkəzi Bankı tərəfindən ləğv edilib. Yanvarın 25-də isə Banka müvəqqəti inzibatçı təyin edilib. AMB-nin səlahiyyətlərinin bir qisminin bu il fevralın 3-də yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatasına ötürülməsi ilə əlaqədar hazırda "Gəncəbank" Palatanın əməkdaşı Seymur Əliyevin nəzarətindədir.

Mənbə: Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9658
  • ₽ RUB
    0.0267