BANK

Mərkəzi Bank bankların dollara tələbatını tam ödəyirmi - SUAL
20 OKTYABR
1028

Mərkəzi Bank bankların dollara tələbatını tam ödəyirmi - SUAL

2016-10-20 13:20:00

SUALımız ona görə Mərkəzi Banka ünvanlanıb ki, o, hərracda irəli sürülən tələb və təkliflərin ödənilməsində zəmanətçi qismində iştitirak edir. Yəni hərrac zamanı bankların dollara olan tələbatı, eyni zamanda hərraca çıxarılan dollar kütləsinin satılması üçün qarant qismində çıxış edir. 

Lakin bu həftə banklar arasında dollar satışına limit tətbiq edənlərin sayının artması baş verir. Bu isə Mərkəzi Bankın bankların dollara olan tələbatını tam ödəməsinə şübhə yaradır. Əks halda, banklar dollar satışından əldə edə biləcəkləri 4 faizlik marjadan niyə imtina etsinlərki?!
Qeyd edək ki, Mərkəzi Bank yeni hərrac mexanizmi tətbiq etdiyi vaxtdan bəri bankların tələbləri və hərracda təklif edilən xarici valyutanın həcmi barədə də açıqlama vermir. Hər halda, ümid edək ki, sabitləşmə tendensiyası göstərən Azərbaycan bazarı yeni risklərlə qarşılaşmayacaq.   

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275