BANK

«Bank Respublika»nın sahibləri növbədənkənar toplanır
19 OKTYABR
646

«Bank Respublika»nın sahibləri növbədənkənar toplanır

2016-10-19 09:45:00

«Bank Respublika»nın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. Fins.az-ın məlumatına görə, yığıncağın gündəliyində duran əsas məsələlər yeni səhmlərin buraxılması yolu ilə nizamnamə kapitalının artırılmasının təsdiq edilməsi və bununla əlaqədar olaraq  “Bank Respublika”nın nizamnaməsinə müvafiq dəyişikliyin edilməsidir. Yığıncaq  noyabr ayının 21-i saat 11:00-da  bankın baş ofisində keçiriləcək.

Xatırladaqki, «BankRespublika» səhmburaxılışı ilə nizamnamə kapitalını 20 milyonmanatartırmağı planlaşdırır. Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası bankın adi sənədsiz səhmlərinin əlavə buraxılışını oktyabr ayının 3-də AZ1002002884  qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alıb. Hər birinin nominal dəyəri 2,45  manat olan səhmlərin ümumi sayı 8 163 280 ədəd təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274