BANK

Əmanət faizlərini qaldırdı – BANKDAN QƏRAR
14 OKTYABR
1933

Əmanət faizlərini qaldırdı – BANKDAN QƏRAR

2016-10-14 12:59:00

“Bank VTB (Azərbaycan)” oktyabr ayının 12-dən etibarən manat depozitlərini bahalaşdırıb. Bu barədə fins.az-a bankdan bildirilib. Məlumata görə, faizləri hər ay ödənilən  depozitlər 12%-dən 15%-ə kimi, müddətin sonunda ödənilən əmanətlər üzrə isə 15,8%-ə kimi artırılıb.

Belə ki, bank bundan əvvəl faizləri müddətin sonunda ödənilən 6-24 aylıq depozitlərə 12% gəlir vəd edirdi. İndi isə 6 aylıq depozitlər üçün faiz dərəcəsi dəyişməsə də, 2 ilə qədər olan əmanətlərə 15% gəlir vəd edir və üstəlik əmanətlər sığortalanır.

Faizləri hər ay ödənilən   6 aylıq depozitlər üçün faiz dərəcəsi 11,5%-dən  13%-ə,  1 və 2 illik depozitlər üzrə 13%-dən 15%-ə qaldırılıb. Bu əmanətlər eyni zamanda sığortalanır. Bundan əlavə bank 2 illik 15,8%-lik  sığortalanmamaq şərtilə də müştərilərə depozit yerləşdirmək təklif edir.

Bank dollarla yatırılan  əmanətləri isə artıq aşağı faizlə qəbul edir. 6 aylıq depozitlər üzrə faiz dərəcəsi 2,7%-dən 3%-ə kimi artırılıb. Əvəzində, 1 illik dollar əmanətlərində faiz dərəcəsi 3,7%-dən 3 %-ə, 2 illik əmanətlər üzrə isə 4,7%-dən 3%-ə endirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275