BANK

Seyfdəki əmanətlər necə qaytarılacaq? – AÇIQLAMA
14 OKTYABR
413

Seyfdəki əmanətlər necə qaytarılacaq? – AÇIQLAMA

2016-10-14 12:24:00

Bir qədər əvvəl fəaliyyətini dayandırmış «Bank Standard»da adi əmanətlərlə yanaşı, bankın təqdim etdiyi seyf xidmətlərindən istifadə edərək onun seyflərində müxtəlif qiymətlii əşyalar və pullar da saxlanılır. 

Bankın bağlanmasından sonra seyfdə saxlanılan əşya və pulların da qaytarılması məsələsi gündəmə gəlib. Fins.az bu xidmətin istifadəçiləri və bank müştərilərinin böyük marağına səbəb olduğunu nəzərə alaraq «Bank Standard»dan həmin məsələni dəqiqləşdirib.

Sualımızı cavablandıran bank əməkdaşı bildirib ki, əmanətlərin qaytarılması ilə paralel olaraq bu cür əmanətlərin qaytarılmasına da başlanılıb. Və seyfdə qiymətliləri olan şəxslər gəlib onları götürə bilərlər.

Özləri gəlmək imkanı olmayanlar bu işi etibarnamə verdikləri şəxsə də həvalə edə bilərlər. Yeri gəlmişkən, bankdan bildirilib ki, müştərilər seyflərdə əsasən bahalı saat, zinət əşyası, sənədlər, hətta xalça və s. saxlayırlar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272