BANK

Hansı bankda VÖEN-lə hesab açmaq daha sərfəlidir?
12 OKTYABR
598

Hansı bankda VÖEN-lə hesab açmaq daha sərfəlidir?

2016-10-12 15:04:00

Bank hesabı hər bir şəxsin hesabına daxil olan pul vəsaiti ilə ölkənin bank qanunvericiliyində nəzərdə tutulan istənilən ölkədaxili, ölkəxarici və nağdsız köçürmə əməliyyatlarını asanlıqla yerinə yetirə bilməsi üçün bir növ vasitəçidir.

Fiziki şəxslər kimi, Hüquqi şəxslər vəsahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslər də bank hesablarından yararlana bilərlər. Bu zaman onlar hüquqi şəxs kimi qəbul olunacaqlar və bu şəxslərdən cari hesab üçün tələb olunan sənədlər və tətbiq olunacaq tariflər fiziki şəxslərin cari hesablarından fərqlənəcəkdir.

Aşağıdakı cədvəldə bankların hüquqi şəxs olaraq hesab açma əməliyyatları üçün təqdim etdikləri şərtlər ilə tanış ola bilərsiniz. 

Cədvəlin 3-cü və 4-cü sütununda Cari hesabdan vəsaitlərin (Nağd şəkildə yerləşdirilmiş və köçürmə (nağdsız) yolu ilə yerləşdirilmiş) nağdlaşdırılması zamanı tutulan faiz dərəcələri təqdim edilib.

Bank

Xidmət haqqı

Nağd daxil olmuş vəsait üçün tutulan komisyon- %

Nağdsız ödənişlə daxil olmuş vəsait üçün tutulan komisyon- %

AGBank

Pulsuz

Pulsuz

Milli valyuta - 0,5%

Xarici valyuta - 0,7%

ASB Bank1

Pulsuz

Pulsuz1

Milli valyuta - 0,4-0,6%

Xarici valyuta - 0,4-0,8%

Atabank

Pulsuz

Bütün valyutalar üzrə

0.8%  (min. 2 AZN.ekv)

Bütün valyutalar üzrə

0.8%  (min. 2 AZN.ekv)

Bank BTB

Pulsuz

Pulsuz

Milli valyuta - 0.5% (min. 1 AZN)

Xarici valyuta - 0.8% (min. 1 USD)

Bank of Baku

Pulsuz

Pulsuz

0,7% - AZN,USD, EUR

1% -RUB

Beynəlxalq Bank

Pulsuz

Milli valyuta - 0.5%

Xarici valyuta - 0.6%

Milli valyuta - 0.5%

Xarici valyuta - 0.6%

CDB Bank

Pulsuz

Milli valyuta - 0.5%

Xarici valyuta - 0.7%

Milli valyuta - 0.5%

Xarici valyuta - 0.7%

Dəmirbank

Pulsuz

Bütün valyutalar üzrə - 0,5%

Bütün valyutalar üzrə - 0,5%

Gunay Bank

Pulsuz

Bütün valyutalar üzrə - 0,5%

Bütün valyutalar üzrə - 0,5%

Kapital Bank

Pulsuz

Bütün valyutalar üzrə - 0,5%

Bütün valyutalar üzrə - 0,5%

Muğanbank

Pulsuz

Bütün valyutalar üzrə - 1%

Bütün valyutalar üzrə - 1%

NBC Bank

Pulsuz

Pulsuz

Bütün valyutalar üzrə - 0,5%

Nikoil Bank2

Pulsuz

Pulsuz2

Bütün valyutalar üzrə - 0,3%

Turanbank

Pulsuz

Bütün valyutalar üzrə - 0,8%

Bütün valyutalar üzrə - 0,8%

Unibank

Pulsuz

Pulsuz

Bütün valyutalar üzrə - 0,8%

VTB Bank Azərbaycan

Pulsuz

Pulsuz

0,5 % - AZN
0,7% - USD
1%-  EUR, GBP, RUB

Xalq Bank3

Pulsuz

 Pulsuz3

0,5 %, min. 1 AZN

AccessBank

AZN - pulsuz
Xarici valyuta - 20 AZN

Bütün valyutalar üzrə - 0,6%

Bütün valyutalar üzrə - 0,6%

Expressbank

AZN - pulsuz
Xarici valyuta - 10 AZN

Pulsuz

Bütün valyutalar üzrə - 0,65%

Rabitəbank

AZN - pulsuz
Xarici valyuta - 10 AZN

0,6% - min. 10 AZN

0,6% - min. 5 USD

0,6% - min. 10 AZN

0,6% - min. 5 USD

AFB Bank

10 AZN

Milli valyuta - 0,6%

Xarici valyuta - 0,7%

Milli valyuta - 0,6%

Xarici valyuta - 0,7%

Amrahbank

10 AZN

Pulsuz

0,5 % - AZN
0,7% - USD, EUR
1%- RUB
2%- GBP

Bank Respublika

10 AZN

Pulsuz

Milli valyuta - 0.5%

Xarici valyuta - 0.8%

Paşa Bank

20 AZN (ekv.)

Bütün valyutalar üzrə - 1%

Bütün valyutalar üzrə - 1%

Azər Türk Bank

20 AZN

Bütün valyutalar üzrə - 0,5%

Bütün valyutalar üzrə - 0,5%

Yapı Kredi Bank Azərbaycan

20 AZN

Pulsuz

Milli valyuta - 0.6%

Xarici valyuta - 0.8%

Bank Avrasiya

50 AZN Pulsuz

Bütün valyutalar üzrə - 0,7%

Bank Silk Way

50 AZN Pulsuz

Milli valyuta - 0.5%

Xarici valyuta - 0.6%

  1. ASB Bank-da nağd mədaxil olunan vəsait məxaric edildikdə maaş müştəriləri üçün komisyon haqq tutulmur, "A" qrupu müştərilər üçün 0,3%, "B" qrupu nüştərilər üçün isə 0,4% təşkil edir.
  2. Nikoil Bank-da nağd mədaxil olunan vəsait həmin gün ərzində məxaric edildikdə komisyon haqq tutulmur, sonrakı günlərdə məxaric edildikdə 0,3%komisyon haqq tutulur
  3. Xalq Bank-da vəsaitin Mədaxil olunması və çıxarılması eyni təqvim rübü ərzində həyata keçirildikdə komisyon haqq tutulmur, vəsaitin mədaxil olunması və çıxarılması müxtəlif təqvim rübləri ərzində həyata keçirildikdə - 0,5 %, min. 1 AZN komisyon haqq tutulur.

Hüquqi şəxslərə cari hesabın açılması üçün zəruri olan sənədlər:

  • Nizamnamənin notarial qaydada təsdiq edilmiş surəti
  • Dövlət qeydiyyatından keçməsi haqqında Vergilər Nazirliyi Tərəfindən verilmiş sənədin notarial qaydada təsdiq edilmiş surəti
  • Müvafiq vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (hər açılan hesab üçün)
  • Notarial qaydada təsdiq edilmiş möhürün əksi səlahiyyətli şəxslərinin imza nümunələri olan vərəqəsi
  • VÖEN
  • İmza nümunələrində olan şəxslərin həmin vəzifəyə təyin olunması barədə əmrlər və şəxsiyyət vəsiqələrinin surəti
  • Hesab açılması üçün ərizə (ərizə blankı bank tərəfindən verilir)
  • Bank müqaviləsi (müqavilə blankı bank tərəfindən verilir)

Hüquqi şəxs olaraq hesab açmaqla siz, aşağıdakı əməliyyatları həyata keçirmək imkanı qazanırsınız:

  • Cari hesabların manat, ABŞ dolları, avro və başqa valyutada açılması
  • Pul vəsaitlərinin hesaba nağd və nağdsız formada mədaxili
  • Azərbaycan daxilində və xaricə bank köçürmələrinin həyata keçirilməsi
  • Hesabdan nağd vəsaitin verilməsi
  • Hesab və əməliyyatlar üzrə arayış və çıxarışların, ödəmə sənədlərinin surətinin verilməsi
  • Valyutanın alışı və satışı üzrə multivalyutalı konvertasiya əməliyyatlarının həyata keçirilməsi
  • Bank əməliyyatlarının keçirilməsi üzrə məsləhətlərin verilməsi
  • İnkassasiya xidmətləri – müştərinin sifarişi əsasında pul vəsaitlərinin qəbulu və bir yerdən başqa yerə, o cümlədən müştərinin ofisindən Banka və əksinə daşınması

Qeyd edək ki, məlumatlar mövcud bankların rəsmi veb səhifələrindən və çağrı mərkəzlərindən toplanmışdır.

Mənbə: Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275