BANK

Rusiyada daha bir bank bağlandı
10 OKTYABR
486

Rusiyada daha bir bank bağlandı

2016-10-10 12:40:00

Rusiyanın Mərkəzi Bankı 10 oktyabr tarıixindən “Razvitiye” (İnkişaf) adlı bankının lisenziyasını geri alıb.

Fins.az-ın rusiya KİV-lərinə istinadən verdiyi xəbərə əsasən, Mərkəzi Bank  bu qərarı federal qanunların bank tərəfindən yerinə yetirilməməsi, əmsal dəyərlərinin 2%-dən aşağı olmasına görə qəbul edib.

Məlumata görə, “Razvitiye” bankı aşağı keyfiyyətli aktivlərin yerləşdirilməsi üzrə yüksək riskli kredit siyasəti aparırdı. Bundan başqa, kapitalın kifayət etməməsi və kritik göstəricilərədək enməsinə baxmayaraq, bankın rəhbərləri və sahibləri tərəfindən vəziyyəti normallaşdırmaq üçün tədbirlər görülmədi.

Qeyd edək ki, “Razvitiye” bankı əmanətlərin sığortalanması sisteminin üzvüdür. Aktivlərin həcmi baxımından Rusiyanın bank sistemində 238-ci yeri tuturdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270