BANK

“Royalbank”-ın sabiq rəhbəri həbs edildi
10 OKTYABR
1211

“Royalbank”-ın sabiq rəhbəri həbs edildi

2016-10-10 09:45:00

Bakı Apellyasiya Məhkəməində lisenziyası ləğv edilmiş “Royalbank” ASC-nin 4 saylı filialının keçmiş rəhbər şəxsləri Orxan Məmmədov, Pərviz Vəliyev və Ruslan Abbasovun barələrində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.

Fins.az-ın verdiyi məlumata görə, təqsirləndirilən P.Vəliyev və R.Abbasov barələrində çıxardığı şərti cəza ləğv edilib. Onlar 5 il müddətinə azadlıqdan məhrum edilib. Təqsirləndirilən P.Vəliyev və R.Abbasov məhkəmə zalında həbs edilib. O.Məmmədovun isə cəzası əvvəlki kimi (8 il 6 ay) qalıb.

Qeyd edək ki, “Royalbank” ASC-nin 4 saylı filialının keçmiş rəhbər şəxsləri O.Məmmədov Cinayət Məcəlləsinin (CM) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və P.Vəliyevlə R.Abbasov isə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Bu il iyun ayının 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə O.Məmmədov 8 il 6 ay və P.Vəliyevlə R.Abbasov isə 5 il müddətinə azadlıqdan məhrum edilib. P.Vəliyev və R.Abbasov barələrində CM-nin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunaraq, həmin şəxslərə şərti cəza verilib. Hökmdən narazı qalandövlət ittihamçısı apellyasiya protest verərib. Prokuror şərti cəzanın hökm etdi hissədən xaric edilməsini xahiş edib.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli qərarı ilə “Royalbank” ASC-nin lisenziyası ləğv edilib. 
Mənbə: report
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274