BANK

“Bank Standard”a kredit borcu olanlara – MÜRACİƏT
07 OKTYABR
750

“Bank Standard”a kredit borcu olanlara – MÜRACİƏT

2016-10-07 10:01:00

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04.10.2016-cı il tarixli qərarı ilə “Bank Standard” QSC müflis elan edilib və Əmanətlərin Sığortalanması Fondu həmin tarixdən bankın ləğvedicisi kimi fəaliyyətə başlayıb.
Əmanətlərin Sığortalanması Fondundan verilən məlumata görə, bununla əlaqədar olaraq, ləğvedici müflis elan edilmiş bank qarşısında borc öhdəliyi (kreditləri) olan, fiziki və hüquqi şəxslərə bildirir ki, “Banklar haqqında” qanunun 72-ci  maddəsinə uyğun olaraq, bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur.

Ləğv prosesində olan “Bank Standard” QSC-yə borcu (krediti) olan və vaxtında ödənişləri həyata keçirməyən borclu fiziki və hüquqi şəxslərə qarşı qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər görüləcək. Bankın müflis elan olunması borclu şəxslər tərəfindən borcların ödənilməməsinə əsas vermir.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275