BANK

Samir Şərifov BVF və Dünya Bankının illik toplantısına qatılacaq
06 OKTYABR
136

Samir Şərifov BVF və Dünya Bankının illik toplantısına qatılacaq

2016-10-06 14:39:00

Oktyabrın 6-9-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək. Toplantıda Azərbaycan Respublikasını maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Maliyyə Nazirliyindən verilən məlumata görə, BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı günlərində dünya iqtisadiyyatının cari vəziyyəti və gələcək inkişafın əsas istiqamətləri, yoxsulluğun aradan qaldırılması və maliyyə yardımının səmərəliliyi, o cümlədən qlobal iqtisadiyyat qarşısında olan çağrışlarla bağlı müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275