BANK

Daha bir bank kreditləri bahalaşdırdı
06 OKTYABR
1093

Daha bir bank kreditləri bahalaşdırdı

2016-10-06 14:04:00

Bu gündən etibarən daha  bir bank  istehlak kreditlərini  bahalaşdırıb. Söhbət “Yapı Kredi Bank (Azərbaycan)”dan gedir. Bankdan fins.az-a verilən məlumata görə, manat kreditlərində faiz dərəcəsi 27 %-dən 28%-ə kimi artırılıb. Kamisyon haqq isə 1 % qalıb.

Bundan əlavə, şərtlərdə bəzi dəyişikliklər edilib. Məcburi köçkünlərə Bakı qeydiyyatında olan zamin tələb edilir. Üstəlik, zaminin rəsmi əmək haqqısına qoyulan tələb də 350 manatdan 425 manata kimi artırılıb. Bankdan o da bildirilib ki, zaminin rəsmi əmək haqqı olmaqla yanaşı, digər banklarda borclanması  50 %-dən yüksək olmamalıdır.  

Kredit xəttinin açılması üçün  artıq iş yerindən elektron arayış tələb edilir. Bundan əlavə, kredit xəttinin açılması üçün müştərinin 300 manat əmək haqqı ilə rəsmi iş yeri olmalıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270