BANK

«Bu təşkilatlara pul ayırmağa hazırıq» – «PAŞA BANK»DAN ŞƏRTLƏR
06 OKTYABR
898

«Bu təşkilatlara pul ayırmağa hazırıq» – «PAŞA BANK»DAN ŞƏRTLƏR

2016-10-06 12:03:00

Bəzi sahələrdə Azərbaycan banklarının edə bilmədiklərini mikromaliyyə təşkilatları artıq uzun müddətdir ki, edirlər. Söhbət fermerlərin və kənd təsərrüfatının maliyyələşdirilməsindən gedir. Bu barədə oktyabrın 6-da Bakıda işinə başlayan Azərbaycan Mikromaliyələşmə Konfransında AMFA-nın idarə heyətinin üzvü, «Paşabank»ın nümaynədəsi Melih Mengü bildirib. Onun sözlərinə görə, mikromaliyyələşmə təşkilatlarının kənar maliyyələşməyə ehtiyacı olsa da, ölkə banklarının çox az hissəsi bu təşkilatlara vəsait ayırır. «Amma biz «Paşabank» olaraq yarandığımızdən indiyədək 8 ildir ki, bu sahə ilə əməkdaşlıq edirik, son 3 ildə isə bu işlər daha da artıb». Nəticədə indiyədək bank 25-ə yaxın mikromaliyyə təşkilatına ümumilikdə 70 milyon manata yaxın vəsait ayırıb.

«Paşabank» nümayəndəsi bildirib ki, bankın mikromaliyyə təşkilatlarına vəsait ayırması üçün onlar müəyyən tələblərə cavab verməlidirlər. Belə ki, təşkilatlar azı 2 il fəaliyyət göstərməli, dəqiq və sistemləşmiş kredit ayrılması proosesinə malik olmalı, portfelin idarə edilməsinin monitorinqi və böhranm zamanı riskslərin idarə edilməsi praktikasına malk olmalıdır. Eləcə də belə təşkilatların problemli kreditləri müəyyən həddi keçməməli və hesabatları 3-cü şəxs, yəni müstəqil auditor tərəfindən hazırlanmalıdır.

«Belə şərtlərə cavab verən bütün təşkilatlara maliyyələşdirməyə hazırıq»-deyə «Paşabank» nümayəndəsi bildirib. M.Mengünün sözlərinə görə, mikromaliyyə təşkilatlarına vəsait ayrılması ilə yanaşı, bank AMFA-nın xətti ilə bu təşkilatlar üçün təhsil proqramlarına da sponsorluq edir və bu proses davam edəcək.

Hazırda BONK-ların qarşısındakı ən böyük problem gəlirlik, və bu gəlirliyin sabit olmasıdır. «Əgər təşkilat manatla kredit verib alırsa, burada problem yoxdur, amma xarici valyuta ilə alıb manatla verilirsə, burada problem olur. Son iki ildə baş verən poseslər bunu göstərir». Bank nümayəndəsi bildirir ki, problemin həlli üçün hec mexanizmi tətbiq edilə bilər. Amma Azərbaycanan neft-qazdan başqa sahələrdən ciddi ixrac gəlirləri olmadığına görə, bunu etmək çətindir. Ona görə də, BOKT-lar ixrac qabiliyyətli məhsullar buraxan və bununula məşğul olan təsərrüfatlarla əməkdaşlıq etməlidir: «Bu mexaniz qurularsa, heci tətbiq etmək olar. Hazırda biz Paşabank olaraq bu sahədə işlərimizi davam etdiririk».

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274