BANK

SMS-lə kredit götürə biləcəksiniz
06 OKTYABR
284

SMS-lə kredit götürə biləcəksiniz

2016-10-06 11:55:00

Azərbaycan Beynəlxalq Bankı  yeni “Əla” konsepsiyası çərçivəsində müştərilərə “Əla Kart”  təklif edir.

“ƏLA kart”- dərhal hazırlanan və nağd kreditin əldə edilməsi üçün istifadə olunan VISA kartıdır. Üstəlik, kart debet rejimində də istifadə oluna bilər, yəni Siz kartınıza vəsait yatırıb onu alış-veriş, online ödənişlər və nağd vəsaitin çıxarılması üçün istifadə edə bilərsiniz.

Azərbaycan Beynəlxalq Bankı “Əla” brendi ilə Elektron şöbəsini müştərilərin istifadəsinə verib. 24/7 rejimində işləyən “ƏLA” şöbəsində (ünvan: Bakı şəhəri, Fəvvarələr meydanı, T. Əliyarbəyov, 9) yalnız şəxsiyyət vəsiqəsi ilə dərhal “ƏLA kartı”nızı ala bilərsiniz. Kartı almaq üçün şəxsiyyətini təsdiq edən sənədi təqdim edib, ərizə və müqaviləni imzalamaq kifayətdir.

Əmək haqqı və ya pensiyanızı ABB-nin kartı vasitəsilə alırsınızsa, “ƏLA kart”ınız vasitəsilə ən qısa zamanda nağd kredit ala bilərsiniz. Kredit 2 növ ola bilər: anında kredit və ya maksimal kredit. Anında kredit  kredit məbləği əmək haqqınızın və ya pensiyanızın məbləğinin 2 mislinə bərabərdir (maksimum - 1000 manat).

Kartın sahibi ehtiyac duyduğu anda 8937 nömrəsinə SMS göndərib (ƏLA kartınızın 7 rəqəmli kodunu, misal: 0000001) krediti sifariş edə bilər. Müraciət çox operativ şəkildə araşdırılır, bankın qərarı müsbət olduğu halda,  pul kartınıza köçürüləcək. Maksimal kreditdə isə kredit məbləği 15 000 manat-a qədər təşkil edə bilər.

KREDİTDƏN NECƏ İSTİFADƏ ETMƏK OLAR?

Ayrılmış kredit məbləği ABB-nin bankomatlarında nağdlaşdırıla və ya nağdsız ödənişlər həyata keçirmək məqsədi ilə istifadə oluna bilər. Kredit vəsaitinin istifadə tarixindən asılı olmayaraq vəsait ayrıldığı gündən etibarən tam istifadə edilmiş hesab olunur. Kredit üzrə aylıq ödəniş məbləğləri avtomatik olaraq əmək haqqı və ya pensiya kartınızdan tutulacaq.

Maksimum 24 ayadək ayrılan kredit üzrə FİFD: 29%, effektiv faiz dərəcəsi 16.4% təşkil edir. Kreditin nağdlaşdırılması zamanı Azərbaycan Beynəlxalq Bankının bankomatlarında minimum 1%, digər banklara məxsus bankomatlarda 1,5% (minimum 3,5 ABŞ dolları ekvivalenti) komissiya haqqı tutulur. Nağdsız əməliyyatlar zamanı heç bir komisyon haqqı tutulmur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272