BANK

Kreditləşmə yerində sayır – STATİSTİKA
04 OKTYABR
290

Kreditləşmə yerində sayır – STATİSTİKA

2016-10-04 12:10:00
Avqustda banklar kreditləşməni təxminən 1%-dək artırıb, daha dəqiq ifadə etsək 0,78%. Fins.az bildirir ki, ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi 2016-cı il oktyabr ayının 1-nə cəmi 16 328,6 mln. manat təşkil edib.

Mərkəzi Bankın açıqladığı statistikaya əsasən,  kredit qoyuluşu sentyabrın 1-nə olan göstərici ilə müqayisədə 126,3 mln. manat yüksəlib. 

Qeyd olunur ki, yanvarın 1-i ilə müqayisədə kredit qoyuluşları 1 849,7 mln. manat, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 3 181,2 mln. manat azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274