BANK

Amrahbank şayiələrə aydınlıq gətirdi – AÇIQLAMA
04 OKTYABR
1171

Amrahbank şayiələrə aydınlıq gətirdi – AÇIQLAMA

2016-10-04 09:46:00

Maliyyə Bazarlarına Nəzarət Palatası Amrahbankda yoxlamalar aparır. Bank sektoru həssas bir dönəmdə olduğundan bu yoxlamaların nəticəsi olaraq Amrahbank-ın bağlanacağı barədə informasiyalar yayılır. Fins.az Amrahbankın İdarə Heyətinin üzvü və Maliyyə Menecmenti Departamentinin müdiri Nəcəf Cəfərlidən vəziyyətə aydınlıq gətirdi. 

20 milyon manat artım olacaq

"Yoxlama var, amma bu o demək deyil ki, bank bağlanır. Bugün əksər banklarda Palata yoxlama aparır. Özü də yoxlamalar bankların maliyyə göstəricilərindən tutmuş idarəetmə sisteminə qədər bütün fəaliyyətini əhatə edir", söyləyən N.Cəfərli Amrahbankın kapital tələbi ilə bağlı tələbləri tam ödədiyini bildiridi. Belə ki, hazırda bankın məcmu kapitalı 57 milyon manat təşkil edir. Nizamnamə kapitalının səviyyəsinə gəlincə, bank kapitalını 20 milyon manat da artıracaq. Bu məqsədlə buraxılan istiqrazlar artıq Depozitar Mərkəzdə yerləşdirilir. 

Problemli kredit portfeli idarəolunan səviyyədədir

Qeyd edək ki, bankın səhmdarları sırasında Bəhreyn Beynəlxalq Bankı da var. Bu bankın nizamnamə kapitalındakı payı 48%-dən yuxarıdır. N.Cəfərli hesab edir ki, Bankın problemli kredit portfeli də idarəolunan səviyyədədir. "Banklarda problemli kreditlərin artmasının səbəblərindən biri də borcların bağışlanacağı ilə bağlı yayılan şaiyələr oldu. Bu kredit bazarına və müştərilərin nizamlı-intizamlı şəkildə borcları qaytarmasına çox pis təsir göstərdi" deyən idarə heyətinin üzvü Amrahbankın problemli aktivlərinin artım tempinin dayandığını bildirdi. Onun sözlərinə görə, artıq kreditlərin ödənişində gecikmələr də azalıb. Bir sözlə, bank normal şəkildə və bank xidmətlərində keyfiyyət amilini gözləyərək, fəaliyyətini davam etdirir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270