BANK

Azərbaycanın 7 bankı MDB-nin TOP reytinqində
29 SENTYABR
548

Azərbaycanın 7 bankı MDB-nin TOP reytinqində

2016-09-29 18:30:00

"RİA Reytinq" agentliyi MDB banklarının TOP-200 hesabatını təqdim edib. Fins.az-ın məlumatına görə, MDB ölkələrinin təxminən 1000 bankından 200 ən böyük bankı Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Ukraynanın payına düşüb. MDB ölkələrinin aparıcı 200 kommersiya bankının reytinq sıralamasında Azərbaycanın 7 bankı yer alıb. Belə ki, reytinq cədvəlində "Bank Respublika" ASC 196-cı, "Unibank" ASC 171-ci, "Accessbank" QSC 155-ci, "Xalq Bank" ASC 128-ci, "Kapital Bank" ASC 108-ci, "PAŞA Bank" ASC 97-ci, "Azərbaycan Beynəlxalq Bankı" 20-ci yerdə qərarlaşıb.

Reytinq üçün məlumatlar bankların kütləvi maliyyə hesabatlarından, statistik bülletenlərdən və MDB ölkələrinin digər mərkəzi banklarının nəşrlərindən götürülüb. "RİA Reytinq" ekspertlərinin sözlərinə görə, mənfi dinamika bir çox hallarda milli valyutaların zəifləməsi ilə bağlı olub, ilk növbədə rublun.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270